Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Qurban Qurbanov: “Olimpiakos”la matçda oyunçulara böyük məsuliyyət düşəcək”

“Bu matçda futbolçuların üzərinə çox böyük məsuliyyət və güc düşəcək”. Boyukmillet.com-un məlumatına bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Olimpiakos”a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün Yunanıstana səfər öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. 50 yaşlı mütəxəssis Afinadakı görüşdə qələbə qazanmaq istədiklərini bildirib: “Amma hər şeyi nəzərə almaq lazımdır. Rəqib komandada qrupdakı iki məğlubiyyətdən sonra …

Read More »

Çempionlar Liqası: “Napoli” İtaliya futbolunun tarixinə düşüb

“Napoli” İtaliya futbolunun tarixinə düşüb. Boyukmillet.com Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Luçano Spalettinin baş məşqçi olduğu komanda buna Niderlandda “Ayaks”ı 6:1 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin III tur oyununda nail olub. Neapollular qitənin bir nömrəli klub turnirində səfər matçında 6 qol vuran ilk İtaliya təmsilçisi olub. İndiyədək ölkənin heç …

Read More »

Prezident: “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində 33 tunel, 84 yeni körpü tikiləcək”

İşğaldan azad olunmuş ərazilərdə hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Qarabağ və Şərqi Zəngəzur ərazisində 33 tunel, 84 yeni körpü tikiləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib. “Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel …

Read More »

İlham Əliyev: “Biz keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün gücümüzü səfərbər edirik”

“Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib. Dövlət başçısı deyib ki, azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra edilir: “Siz Füzuli Beynəlxalq hava limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq hava …

Read More »

Prezident İlham Əliyev: “Ağdam işğal illəri zamanı tamamilə məhv edilib”

“Ağdam işğal illəri zamanı tamamilə məhv edilib”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib. Dövlət başçısı forum iştirakçılarını salamlayıb: “Ağdama xoş gəlmisiniz. Mən çox şadam ki, biz bu forumu burada – vaxtilə Ağdam …

Read More »

Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda 44 xarici ölkədən 130-dan çox nümayəndə iştirak edir

Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu işini davam etdirir. Boyukmillet.com xəbər verir ki, Forumda yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri, elm adamları, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlaşma əlaqələri olan 44 xarici ölkədən 130-dan çox nümayəndə ilə birgə ümumilikdə 400 nəfərdən çox insan iştirak edir. Forum çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” …

Read More »

Prezident: “Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb”

“Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb. Azərbaycana və azərbaycanlılara qarşı bu terror siyasəti davam etməkdədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan minalara görə məcburi köçkünlərin öz …

Read More »

Ağdamda ilk Milli Şəhərsalma Forumu başlayıb, tədbirdə Prezident İlham Əliyev çıxış edib

Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. Boyukmilet.com-un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumun açılış mərasimində …

Read More »

Putin Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri təsdiqləyib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. V.Putin həmçinin həmin vilayətlərə qubernatorlar təyin edib. Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı …

Read More »