Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin biznes dairələrinin nümayəndələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Yearly Archives: 2022
Volodimir Zelenski Təhlükəsizlik və Müdafiə Şurasını toplayıb
Ukrayna Prezidenti Volodimir Zelenskinin sədrliyi ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının ofisindən bildirilib. Toplantıda müzakirə olunan məsələlər açıqlanmayıb. Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov iclasdan sonra deyib ki, Ukrayna üçün vacib və fundamental qərarlar qəbul olunub və onlar ictimaiyyətə açıqlanacaq.
Read More »Avropa İttifaqı Şurası: “Heç vaxt Rusiyanın keçirdiyi “referendum”ları tanımayacağıq”
“Avropa İttifaqı Şurası Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendum”ları heç vaxt tanımayacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının (AİŞ) bəyanatında deyilir. Bildirilir ki, biz Rusiyanın Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daha da pozmaq üçün bəhanə kimi təşkil etdiyi qeyri-qanuni “referendum”ları, eləcə də onların saxtalaşdırılmış və qanunsuz nəticələrini tanımırıq və heç vaxt tanımayacağıq: “Biz bu qanunsuz ilhaqı …
Read More »Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb
Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı TASS yayıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib. Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar. Xatırladaq ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın …
Read More »Bərdədə 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısı alınıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısını alıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib. Onun sözlərinə görə, bu gün Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb: “Dövlət Komitəsinin …
Read More »Bolqarıstan Prezidenti: “Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır”
Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib. “Biz Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikik. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. …
Read More »“Vmedia”: “İrandan Ermənistana heç vaxt birbaşa yol olmayıb”
“İrandan Ermənistana heç vaxt birbaşa yol olmayıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər “Vmedia” yutub kanalının Ermənistanla İran arasındakı “tarixi sərhəd”dən narahat olan iranlı rəsmilərin açıqlamalarına münasibətində yer alıb. Videoçarxda deyilir ki, XIX əsrin ortalarına, yəni Türkmənçay müqaviləsinə əsasən ermənilərin İrəvan, Qarabağ, Naxçıvan xanlıqlarının ərazilərinə köçürülməsinə başlanılmasına qədər Cənubi Qafqazda erməni dövlətçiliyi və gözə çarpan erməni iştirakı olmayıb. Müəlliflər vurğulayıblar ki, …
Read More »Tütün məmulatlarının məcburi nişanlamaya görə rüsumdan azad edilməsinə dair layihə I oxunuşda təsdiqlənib
Azərbaycanda tütün məmulatlarının məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunmasına dair layihə I oxunuşda qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Layihədə tütün məmulatlarını istehsal və idxal edənlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sisteminə qoşulması barədə həmin Xidmətin göndərdiyi …
Read More »Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 16-cı iclasının gələn ilin əvvəlində Tehranda keçirilməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, Komissiyanın 15-ci iclası bu ilin martında Bakıda keçirilib. İclasın yekununda iki ölkə arasında bir sıra sənədlər, o cümlədən İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb. …
Read More »Bolqarıstan Prezidenti: “Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”
“Azərbaycan özünü Bolqarıstan üçün arzuolunan, prioritet və etibarlı tərəfdaş kimi tanıdıb”. Boyukmillet.com xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə deyib. Onun sözlərinə görə, son illər Azərbaycan ilə yüksək və ali səviyyədə aparılan fəal dialoq iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə töhfə verib. “Şadam ki, bir sıra sahələrdə səmərəli əməkdaşlığımızın inkişafının davam …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar