“Bu axşam Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, rusiyalı həmkarı ilə Ukraynadakı müharibəni müzakirə edəcəklər. “Onunla mövcud gərginliyi dəyərləndirəcəyik”, – R.T.Ərdoğan söyləyib.
Read More »Yearly Archives: 2022
Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib
Azərbaycanın Almaniyadakı yeni səfiri Nəsimi Ağayev etimadnaməsini Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyi məlumat yayıb. Almaniya Prezidenti səfirlə söhbət edib. Söhbətdə Almaniya Prezidentinin xarici siyasət müşaviri, XİN-in dövlət katibi və digər rəsmilər iştirak ediblər. Səfir N.Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Almaniyanın dövlət başçısına çatdırıb. Diplomat Azərbaycanın Almaniyada səfiri kimi akkreditə …
Read More »Ukrayna İran PUA-larını zərərsizləşdirməyin yollarını tapıb
Ukrayna Hərbi Hava Qüvvələri İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatlarını zərərsizləşdirməyin yollarını tapıb. Boyukmillet.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib. Onun sözlərinə görə, Ukrayna Rusiyanın müharibədə istifadə etdiyi İran PUA-ları ilə mübarizə aparmaq məqsədilə tərəfdaşlara müraciət ünvanlayıb. Qeyd edək ki, ABŞ və İsrail Ukraynaya İran PUA-larına qarşı mübarizə aparmaq məqsədilə antidronlar verib. …
Read More »Prezident İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % …
Read More »Hindistan Ermənistana 270 milyon dollarlıq silah və hərbi texnika satıb
Hindistan Ermənistana 270 milyon ABŞ dolları dəyərində silah və hərbi texnika satıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan KİV yayıb. Bildirilib ki, Hindistanla imzalanan müqaviləyə əsasən, Ermənistan böyük həcmdə raket, mərmi və sursat sifarişi edib. Sentyabrın əvvəlində Ermənistan ordusunu fasiləsiz silah və sursatla təchiz etmək üçün rəsmi İrəvanla Dehli arasında dövlətlərarası müqavilə imzalanıb.
Read More »Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Sərəncamda deyilir: …
Read More »Macarıstan Aİ-ni Azərbaycan və Mərkəzi Asiya qazına çıxışı üçün danışıqlar aparmağa çağırır
Macarıstan Avropa İttifaqını (Aİ) Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada qaz infrastrukturunun qurulması üçün addımlar atmağa və bununla bağlı müvafiq sövdələşmələr üzrə danışıqlar aparmağa çağırıb. Boyukmillet.com-un Macarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin energetika nazirlərinin Almatıda keçirilən görüşündə deyib. P.Siyartonun sözlərinə görə, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) …
Read More »Azərbaycan XİN: “Ermənistan danışıqları pozmaq üçün yeni bəhanə axtarır”
“Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər. Bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb. O vurğulayıb ki, Ermənistan növbəti saxta ittihamla çıxış edib. L.Abdullayeva bildirib ki, rəsmi İrəvan eyni ssenarini təkrarlayır: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.
Read More »Ukraynada azərbaycanlı ailənin meyitləri tapılıb
Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilən Çuquyev rayonu ərazisində azərbaycanlı ailənin meyitləri aşkarlanıb. “Report”un Şərqi Avropa bürosunun Xarkov vilayətində olan əməkdaşının məlumatına görə, 45 yaşlı Əlişir Nurullayev, onun həyat yoldaşı və azyaşlı övladının meyitləri tanınmaz halda tapılıb. Hazırda Xarkov vilayətində yaşayan bir qrup həmyerlimiz azərbaycanlı ailənin meyitlərinin hissələrini oradan toplayaraq uyğun bir yerdə dəfn etməyə çalışırlar. Qeyd edək ki, azərbaycanlı ailə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar