DYP və “Azəravtoyol”un 100 minlərlə əhaliyə sözün əsl mənasında zülm verən biabırçı layihəsi ilə bağlı çəkdiyim etiraz videosuna sosial şəbəkələrin müxtəlif seqmentlərində 100 minlərlə baxış olub. Bilməyənlər üçün xatırladım ki, heç bir əsası olmayan layihə keçmiş “Vaz dairəsi” deyilən ərazidə aparılıb. Güya tıxacın(?) qarşısını almaq adı ilə oradakı dairəni ləğv ediblər. Nəticədə Xırdalan şəhərinə, Bakı Mühəndislik Universitetinə və Bakı şəhərinə …
Read More »Yearly Archives: 2022
Ombudsman Ermənistanın Kəlbəcərdə növbəti təxribat cəhdini pisləyib
Ombudsman Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə növbəti təxribat cəhdini pisləyib. Ombudsman Aparatından daxil olan məlumatda deyilir: “22 sentyabr gecə saatlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutmuş, habelə diversiya qrupu tərəfindən həmin ərazilərdə dərə boşluqları minalanmaqla basqına cəhd göstərilib. Ermənistan tərəfinin bu cür təxribatlara yol verməməklə bağlı çağırışlara məhəl qoymaması sülh quruculuğu …
Read More »BDYPİ-nin mərkəzi informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısı müəyyənləşib
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin fəaliyyətində iştirak edən dövlət orqanlarının (qurumlarının) siyahısı müəyyənləşib. Boyukmillet.com-un məlumatına görə, həmin dövlət qurumları aşağıdakılardır: 1. İqtisadiyyat Nazirliyi 2. Ədliyyə Nazirliyi 3. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 4. Dövlət Gömrük Komitəsi 5. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 6. Azərbaycan Avtomobil Yolları Dövlət …
Read More »Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib. Boyukmillet.com-un məlumatına görə, təbrik müraciətində deyilir: “Hörmətli həmvətənlər! Sizi – Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü Azərbaycanda məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudi icması …
Read More »BDYPİ-nin mərkəzi informasiya sistemi haqqında əsasnamə təsdiqlənib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi BDYPİ-nin mərkəzi informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir. Daxili İşlər Nazirliyi …
Read More »Göyçayda narkotiki bankalara yığıb yaşadığı evdə gizlədən şəxs saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Nazim Tağıyev saxlanılaraq məsuliyyətə cəlb edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, şəhər sakini N.Tağıyevin yaşadığı evdə narkotik vasitə gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və …
Read More »Bakı aeroportunda kran aşıb, ölən və yaralanan var
Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var. Boyukmillet.com xəbər verir ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub. TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib: “Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən …
Read More »Azərbaycan və Fransa səfirliyə hücumla bağlı cinayət işinin istintaqının əməkdaşlıq çərçivəsində aparılmasını razılaşdırıb
Azərbaycan və Fransa Parisdəki səfirliyə hücumla bağlı cinayət işinin istintaqının əməkdaşlıq çərçivəsində aparılmasını razılaşdırıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 22-də Baş prokuror Kamran Əliyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb. Qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf …
Read More »Xarici işlər naziri: “Revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir”
“Belə həssas bir məqamda, kövrək sülhün əldə edilməsi şansı varkən əsassız iddialar səsləndirilərək revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir. Bunu başqa cür adlandırmaq çətindir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib. O bildirib ki, müxtəlif ölkələrin ikili standartları adətən həmin ölkələrdəki seçkilər ərəfəsində özünü büruzə verir. C.Bayramov vurğulayıb ki, həm Fransada, həm ABŞ-da, …
Read More »Ceyhun Bayramov: “Bizim yanaşmamız ABŞ tərəfindən yüksək qiymətləndirilib”
“Biz sülh gündəliyimizə sadiqliyimizi nümayiş etdirdik, sülh müqaviləsi üzrə görüşün keçirilməsi təklifimizin qüvvədə olduğunu bildirdik. Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov REAL TV-yə açıqlamasında bildirib. O vurğulayıb ki, rəsmi Bakı bölgədə sülh və sabitliyin bərpasını istəyir. “Dövlət Departamentinin açıqlamasına diqqət yetirsəniz, orada da tərəflərə sülh müqaviləsi üzrə danışıqları …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar