Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

“Pelosinin timsah göz yaşları bəsit auditoriyaya hesablanmış oyun və təxribatdır” – RƏY

“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda axıtdığı timsah göz yaşları bəsit auditoriyaya hesablanmış növbəti oyun və təxribatdır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, Pelosinin belə həssas dövrdə Ermənistana səfəri, verdiyi açıqlamalar açıq-aydın separatizmə dəstəyin nümunəsidir: “Bir müddət öncə də Pelosi Tayvana səfər etməklə separatizmin dəstəkçisi olduğunu açıq nümayiş etdirib. O növbəti …

Read More »

Bakıda Suveren Fondların Beynəlxalq Forumunun 14-cü görüşü keçiriləcək

Gələn ay Bakıda Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 14-cü görüşü keçiriləcək. Artıq görüşlə bağlı hazırlıqlara başlanılıb. SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 5-6 aprel 2009-cu il tarixində Küveytin paytaxtı Əl-Küveytdə keçirilmiş iclasında yaradılıb və ilk rəsmi yığıncağını həmin il oktyabrın 8-9-da Bakıda keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq, Santyaqo …

Read More »

ABŞ dollarının möhkəmlənməsi qızılı ucuzlaşdırıb

ABŞ dollarının digər valyutalara qarşı möhkəmlənməsi dünya bazarlarında qızılın qiymətinin düşməsinə səbəb olub. Birjalar ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcəsi iə bağlı qərarını gözləyir. Boyukmillet.com xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,4 %, yaxud 6,65 dollar ucuzlaşaraq 1 unsiyası 1726,45 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,24 % düşərək 1 unsiyası 19,462 dollar təşkil edib. …

Read More »

ABŞ-da ermənilərin vandallığını əks etdirən sərgi keçirilib

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində bu ölkədəki səfirliyimiz tərəfindən məşhur italyan fotoqraf Fabrisio Kontinin “Aghdam Delenda” fotosərgisi keçirilib. Sərgidə Azərbaycanın bir sıra şəhərlərinin Ermənistan tərəfindən tamamilə dağıdıldığını əks etdirən fotolar nümayiş etdirilib. Sərgidə Filadelfiya Şəhər Şurasının üzvləri və digər şəxslər iştirak edərək Azəbaycana dəstək veriblər.

Read More »

Laçında mərmi aşkarlanıb

Laçında mərmi aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Zerti kəndi ərazisində mərmi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Read More »

Bu gün BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə start verilir

Bu gün ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə start verilir. Boyukmillet.com xəbər verir ki, Baş Assambleyanın 77-ci (UNGA 77) yüksək səviyyəli həftəsi bu gün dünyanın böyük gücləri arasında artan gərginlik, Ukraynadakı müharibə, eləcə də dünyadakı qida çatışmazlığı, iqlim və enerji böhranları fonunda öz işinə başlayır. BMT-yə üzv 193 ölkədən dövlət və hökumət nümayəndələrini qarşılayan Nyu-Yorkda təhlükəsizlik ən …

Read More »

Tacikistanla münaqişədə həlak olan Qırğızıstan vətəndaşlarının sayı artıb

Tacikistanla silahlı münaqişədə Qırğızıstanın 59 vətəndaşı öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Batken vilayətindən alınan operativ məlumatlara əsasən daha 13 nəfərin meyiti yerli səhiyyə müəssisələrinə gətirilib. Bununla da münaqişə zamanı ölənlərin ümumi sayı 59 nəfərə çatıb. Bundan əvvəl sərhəddə baş verən münaqişə nəticəsində Qırğızıstanın 46 vətəndaşının öldüyü bildirilib.

Read More »

Prezident İlham Əliyevlə ABŞ dövlət katibi arasında telefon danışığı olub

Sentyabrın 18-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Read More »

VHP-dən Nensi Pelosinin fikirlərinə etiraz:”Siyasi riyakarlıqdır…”

Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək regionda lider dövlət statusunu gücləndirməsi, xüsusilə Azərbaycan-Türkiyə ittifaqının getdikcə möhkəmlənərək bölgədə hegemon qüvvəyə çevrilməsi türk düşmənlərini hərəkətə gətirib. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri bu qüvvələrin demarşına çevrildi. Özünü demokratiyanın beşiyi sayan bir ölkənin qanunverici orqanının rəhbərinin qondarma “soyqırım” abidəsi önündə axıtdığı göz yaşları sözün bütün mənalarında siyasi riyakarlıqdır. Uydurma erməni …

Read More »

Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər

Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Boyukmillet.com-un xəbərinə görə, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi …

Read More »