Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

XİN: “Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamlar qəbuledilməzdir”

“18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlama ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bu barədəAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə …

Read More »

“Təxribatlar bir daha göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir”

“Sentyabrın  13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir”. Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat açıqlamasında bildirib ki, Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv …

Read More »

Ermənistanda ölkənin KTMT-dən çıxması üçün nümayişlər keçirilir

Ermənistanın paytaxtı İrəvan şəhərində yüzlərlə fəal, o cümlədən Qərb fondlarından maliyyələşən təşkilatların əməkdaşları tərəfindən Azadlıq meydanında ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün aksiya keçirilir. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Etirazçılardan biri, sosioloq Karen Sarkisyan bildirib ki, etirazçılar hökumətdən Ermənistanın dərhal KTMT-dan çıxarılmasını istəyir: “Bundan sonra biz real müttəfiqlərimizlə ölkəmizin təhlükəsizliyinin təmin edilməsi imkanları ilə bağlı danışıqlara başlayacağıq”. Etiraz …

Read More »

Qırğızıstanda 19 sentyabr matəm günü elan edilib

Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün ümummilli matəm günü elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Prezidentin sərəncamında bütün ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqlarının yarıya qədər endirilməsi nəzərdə tutulur. Dövlət başçısı mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncəli tədbirləri …

Read More »

Roma Papası Ermənistan və Azərbaycana sülhlə bağlı çağırış edib

Roma Papası Fransisk Ermənistan-Azərbaycan sərhədində atəşkəs razılaşmasına əməl etməyə çağırıb. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Roma Papası gərginliyin azaldılması üçün dialoqun vacibliyini vurğulayıb: “Azərbaycan və Ermənistan arasında baş verən son toqquşmalarla bağlı xəbərlər məni çox sarsıtdı. Həlak olanların yaxınlarına mənəvi yaxınlığımı bildirirəm və tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıram. Onlar silahı yerə qoyub dialoqa başlayanda sülh mümkün olur”.

Read More »

Şəhid Yusif Qurbanov Goranboyda torpağa tapşırılıb 

XTQ hərbçisi, şəhid Yusif Qurbanov dəfn olunub. “Report”un Qərb bürosunun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat zamanı minaya düşərək yaralanan və daha sonra müalicə aldığı hospitalda vəfat edən 1997-ci il təvəllüdlü XTQ hərbçisi Yusif Asif oğlu Qurbanovla vida mərasimi kçeirilib. O, Goranboy rayon Şəfəq kənd qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə …

Read More »

Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-65 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. …

Read More »

Müdafiə naziri hərbi hospitalda müalicə alan yaralılarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən sentyabrın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad …

Read More »

Pelosinin Ermənistan səfərinə kədərlənmək yox, sevinmək lazımdır

Adını demokrat qoyan, əslində isə böyük əksəriyyəti Qərb və ABŞ-dakı fondlardan maliyyələşən bizim bəzi siyasətçilər ABŞ-ın yüksən vəzifəli şəxsi Nensi Pelosinin Ermənistana etdiyi səfəri İlham Əliyevin xarici siyasətdəki böyük uğursuzluğu kimi qələmə verməyə çalışırlar. Çox vacib nüans bundan ibarətdir ki, bu təqdimatı edənlər nədənsə, Nensinin ABŞ rəsmisi olmaqla yanaşı, həm də ermənilərin böyük hamisi funksiyasını daşıyan bir siyasətçi olduğunu qeyd …

Read More »

Qırğızıstan Tacikistanla silahlı toqquşmalarda 129 nəfərin yaralandığını açıqlayıb

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı yaralananların sayı 129 nəfər təşkil edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Qeyd edilir ki, 7 nəfər ambulator müalicəyə göndərilib. Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Batken və Leylek bölgələrində toqquşmalar olub. Məlumata görə, Tacikistan Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, …

Read More »