Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə sentyabrın 15-də Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü zamanı bildirib. Prezident Şavkat Mirziyoyev dəvəti məmnunluqla qəbul edib.
Read More »Yearly Archives: 2022
Ərdoğan Özbəkistanda səfərdədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, Türkiyə liderinin rəsmi qarşılanma mərasimi keçirilib. Ərdoğan Özbəkistanın Səmərqənd şəhərində 2 gün davam edəcək Şanxay Əməkdaşlıq (ŞƏT)Təşkilatının növbəti sammitində iştirak edəcək. Qeyd edək ki, sammit çərçivəsində Türkiyə dövlət başçısının bir sıra liderlər, o cümlədən rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.
Read More »Ersin Tatar Bakının azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib. “Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 104-cü ildönümündə bu zəfərin əldə olunmasında əməyi olanları yad edir, 2 gün əvvəl Vətənin müdafiəsi zamanı şəhid olan Azərbaycan əsgərlərinə bir daha rəhmət diləyirik”, – o bildirib.
Read More »Sabah “Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq
Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
Read More »Mövlud Çavuşoğlu: “Türkiyə və Azərbaycan daim tək səs, tək ürək olub”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib. “Bakının işğaldan azad edilməsinin 104-cü ildönümünü təbrik edir, qəhrəman şəhidlərimizi rəhmətlə anırıq. Türkiyə və Azərbaycan daim tək səs, tək ürəkdir”, – o bildirib.
Read More »Aİ Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəsi alqışlayıb
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano bildirib. “Aİ Ermənistan və Azərbaycan arasında dünən saat 20:00-da qüvvəyə minmiş atəşkəs haqqında razılaşmanı alqışlayır. Atəşkəs rejiminə indiyə qədər riayət edildiyini bildirən yerli xəbərlər bizi ruhlandırır”, – o …
Read More »Azərbaycan XİN başçısı Bakının azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib. “15 sentyabr tarixində Azərbaycan- Türkiyə qardaşlığının parlaq nümunələrindən biri olan Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən 104 il ötür. Bu tarixi gündə şəhidlərimizi hörmət və minnətdarlıqla yad edirik”, – o bildirib.
Read More »“Azərbaycan Ordusunun cavab tədbirləri həmişə amansız olub və bundan sonra da olacaq” – RƏY
“Ermənistanın xəyanətkar hücumlarına qarşı Azərbaycan Ordusunun cavab tədbirləri həmişə amansız olub və bundan sonra da olacaq”. O, Paşinyanı Ermənistanda indiyə qədər gəlib-getmiş dövlət rəhbərlərinin nisbətən uğurlusu hesab edir: “Lakin Ermənistanın Azərbaycan sərhədində həyata keçirdiyi təxribatlara Paşinyanın da rəvac verdiyini və prosesin içində olduğunu söyləməyə məcburam. Paşinyan ötən gün parlamentin iclasındakı nitqi ilə bir növ baş verən hadisələrin içərisindən sivrilib çıxmağa …
Read More »Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş olub
Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »“Azərbaycan qəti addımlarla təhlükəsizliyinə təminat yaradır” – RƏY
“Azərbaycan Ordusu sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını qətiyyətlə aldı. Hesab edirəm ki, bu təxribat Ermənistanın sülhə hazır olmadığını növbəti dəfə göstərdi. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz sərhədlərini, eləcə də hərbi qulluqçularının təhlükəsizliyini qorumaq hüququndan istifadə edib”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. Onun sözlərinə görə, Ermənistanın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar