Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb

18 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb. Bu barədə “Report”a nazirlikdən məlumat verilib. Bildirilib ki, festivalın proqramında olunan dəyişikliklərə əsasən yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır. Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.

Read More »

Ombudsman şəhid hərbi qulluqçularımızın ailələrinə başsağlığı verib

Ombudsman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə başsağlığı verib. “Ermənistanın törətdiyi növbəti genişmiqyaslı hərbi təxribatın qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olmuşdur. Allahdan şəhidlərimizə rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram”, – Səbinə Əliyeva qeyd edib.

Read More »

Ermənistanın artilleriya qurğularının və postlarının məhv edilməsi görüntüləri yayılıb

Ermənistan Silahlı Qüvvələrinin artilleriya qurğularının və döyüş mövqelərinin məhv edilməsi görüntüləri yayılıb. Boyukmillet.com xəbər verir ki, görüntülərdə Ermənistan Silahlı Qüvvələrinin artilleriya qurğularının və döyüş mövqelərinin məhv edilməsi əks olunub. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan …

Read More »

“Vətən Müharibəsindən sonra, ikinci dəfə bölgənin hərbi-strateji xəritəsi dəyişdi” – RƏY

“Vətən Müharibəsindən sonra, ikinci dəfə bölgənin hərbi-strateji xəritəsi yenidən dəyişdi”. “Azərbaycan ordusunun 7 saatlıq əməliyyatı yalnız Azərbaycanın sərhəd rayonlarını yox, bütövlükdə Cənubi Qafqazdakı sülh və əməkdaşlıq perspektivini sonrakı uzun bir dövr üzrə erməni təhlükəsindən xilas etdi. Belə ki, Azərbaycan əsgəri Ermənistanın təxribat cəhdinə cavab olaraq əks həmlə ilə sərhədboyu istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektləri darmadağın edərək İrəvanın nəinki yenidən …

Read More »

Saatlıda şəhid hərbi qulluqçu dəfn edilib

Saatlıda şəhid hərbi qulluqçu torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin kiçik giziri Nəsirov Ülvi Əsədulla oğlunun nəşi doğulduğu Saatlı rayonunun Qaranuru kəndinə gətirilib. Evdə vida mərasimi keçirilib, ruhuna dualar oxunub. Sonra şəhidin nəşi izdihamla kənd qəbristanlığına yola salınıb. Mərasimdə şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Ülvi Nəsirovun …

Read More »

Lerikdə şəhidin dəfn mərasimi keçirilib

Lerikdə şəhidin dəfn mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, rayonun Əvilə kəndində doğulub boya başa çatan Azərbaycan ordusunun hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü Şəmistan Əbdülağa oğlu Sadıqov doğulduğu kənddə torpağa tapşırılıb. Şəhidin cənazəsini gətirən avtomobil karvanı yolboyu sakinlər tərəfindən üçrəngli bayraqlarla müşayiət olunub. Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib, şəhidin ruhuna dualar oxunub. Qeyd edək ki, şəhid …

Read More »

Ərdoğan Türkiyə və Azərbaycanın həmrəy olduqlarını qeyd edib

Prezident Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib və ölkələrimizin həmrəy olduqlarını vurğulayıb. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha vurğulanıb. Dövlət başçıları gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Read More »

Sərhəd Qoşunlarının şəhid hərbi qulluqçusu Qəbələdə dəfn edilib

Sərhəd Qoşunlarının şəhid hərbi qulluqçusu Elşən Babazadə Qəbələdə dəfn edilib. Boyukmillet.com xəbər verir ki, ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir, 1996-cı il təvəllüdlü Elşən Sahib oğlu Babazadənin nəşi doğulub boya-başa çatdığı rayonun Mıxlıqovaq kəndinə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfndən …

Read More »

İlham Əliyev: “Qardaş Türkiyə hər zamankı kimi, Azərbaycanın yanındadır”

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev qardaş Türkiyənin hər zamankı kimi, Azərbaycanın yanında olduğunu, ölkəmizin də hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Ermənistanın genişmiqyaslı hərbi təxribatının qarşısının Silahlı Qüvvələrimiz tərəfindən şücaətlə və yüksək peşəkarlıqla alındığını, şəhidlərimizin qanının …

Read More »

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin …

Read More »