Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

QHT-lər UNESCO-ya müraciət etdi – FOTO +VİDEO

13 sentyabr tarixində ölkə QHT-lərinin müraciəti əsasında Agentliyin ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının UNESCO-ya müraciəti ilə bağlı tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Agentliyin Müşahidə Şurasının üzvi, İlqar Orucov, elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvi İlqar Orucov …

Read More »

Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı tədbir keçirilib

13 sentyabr, saat 11⁰⁰-da Bakının işğaldan azad olunmasının 104-cü ildönümü həsr olunmuş tədbir keçirilib. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə keçirilən tədbir rəsm sərgisi ilə başladı.  Sərginin təşkilatçısı  Elnurə İsgəndərova günün anlamını daşıyan rəsm əsərləri haqqında iştirakçılara məlumat verdi. Sonra isə “Qafqaz İslam Ordusu və Bakının işğaldan azad olunması” mövzusunda dəyirmi masa davam etdi. Tədbirdə Azərbaycan və Türkiyənin …

Read More »

İsveç Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır

İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan- Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. “Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır. Davamlı sülhə gedən yeganə yol dialoqdan keçir”, – o yazıb. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Read More »

Azərbaycan Memarlıq və İnşaat Universitetinə yeni sözçü təyin olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinə rəhbər təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb. Əmrə əsasən, Universitetin PR və Media bölməsinə jurnalist Nicat Abdullayev rəhbərlik edəcək. Qeyd edək ki, N.Abdullayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və bu təyinatına qədər İctimai, eləcə də ARB24 …

Read More »

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası ilə bağlı yoxlama materialları DTX-ya təqdim edilib

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında mühasibatlıq işçilərinin və bu tibb müəssisəsində çalışmayan şəxslərin plastik kart hesablarına əsassız vəsaitlərin köçürülməsi, tibb işçilərinin tarif dərəcələrinin düzgün müəyyən olunmaması nəticəsində artıq əməkhaqı, habelə əməkhaqına qeyri-qanuni əlavələrin edilməsi kimi hallar müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bundan əlavə, hərbi xidmət dövründəxəsarət alan hərbi qulluqçulara sığorta ödənişi …

Read More »

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Azərbaycana səfərə gəlib

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker Azərbaycana gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, 2 gün davam edəcək səfərdə Azərbaycan-Ermənistan diplomatik münasibətləri müzakirə olunacaq. Qeyd edək ki, F.Riker sentyabrın 9-10-da Ermənistanda səfərdə olub.

Read More »

Maliyyə Nazirliyi Azərbaycanın Almaniyadakı səfirliyi ilə bağlı DTX-ya müraciət edib

Azərbaycanın Almaniyadakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixinə qədərki dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi …

Read More »

Səfir: “Türkiyə Azərbaycanın haqlı davasında yanında olub və olmağa davam edəcək”

“Türkiyə Azərbaycanın haqlı davasında hər zaman yanında olub və olmağa davam edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviterdə yazıb. “Azərbaycan-Ermənistan sərhədində erməni təxribatlarında şəhid olan igidlərə Allahdan rəhmət, ailələrinə və silahdaşlarına səbirlə başsağlığı, yaralı qardaşlarımıza şəfa diləyirəm”, – diplomat bildirib.

Read More »

Bakıda Xəzərlə bağlı Azərbaycan-Türkmənistan Birgə işçi qrupunun iclası keçirilib

Bakıda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib. Görüşdə Azərbaycan Respublikasının və Türkmənistanın …

Read More »

Dünya azərbaycanlıları Ermənistanın təxribatı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları sentyabrın 12-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə bəyanat ünvanlayıb. “Biz, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirdiyimizi bəyan edir və beynəlxalq birlikdən Ermənistanın təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı …

Read More »