Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Kreml: “Rusiya Azərbaycan-Ermənistan sərhədində gərginliyin azalması üçün səylərini əsirgəmir”

“Rusiya Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması üçün səylərini əsirgəmir”. “Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. “Təbii ki, Prezident Putin sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərini əsirgəmir və bu səylər davam edir”, – Peskov bildirib. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. …

Read More »

NATO Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən narahatdır

“NATO Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan narahatlığını bildirib”. Boyukmillet.com xəbər verir ki, bunu NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb. “Ermənistanla Azərbaycan sərhədində baş verən toqquşmalardan çox narahatıq. NATO hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırır”, – o vurğulayıb. Xatırladaq ki, sentyabrın 12-də gecə …

Read More »

Ərdoğanın sözçüsü: “Sülh ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər”

“Azərbaycan-Ermənistan sərhədindəki toqquşma bizi narahat edir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviter səhifəsində yazıb. “Müzakirələr davam edərkən Ermənistan təxribatlardan çəkinməlidir. Sülh və sabitlik ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər”, – o bildirib. İ.Kalın həmçinin Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.

Read More »

Mövlud Çavuşoğlu: “Ermənistan yenə təxribat törətdi, Türkiyə Azərbaycanın yanındadır”

“Ermənistan təxribatlarını davam etdirir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Azərbaycanın torpaqları 30 il işğal altında saxlanılıb. Beynəlxalq qurumlar heç nə etmədi, beynəlxalq hüquq işləmədi. Nəhayət, Azərbaycanın səbri tükəndi. Nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Sülh üçün imkan yarandı. Amma Ermənistan dünən növbəti dəfə təxribatlar törətdi. Ermənistan hər fürsətdə mənfi mövqedə olduğunu ortaya qoyur. …

Read More »

Türkiyənin hakim partiyası: “Ermənistan təxribatlara son verməlidir”

“Ermənistan təxribatlara son verməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim partiyası (AK Parti) sədrinin müavini və sözçüsü Ömər Çelik tviter səhifəsində yazıb. “Sülh hər kəsin xeyrinədir. Bu gün toqquşma üçün Ermənistanı təhrik edən qüvvələr ancaq öz mənfəətlərini düşünürlər”, – o bildirib. Ö.Çelik həmçinin deyib ki, Ermənistan Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalıdır.

Read More »

Allahşükür Paşazadə Qazaxıstanın Prezidenti ilə görüşüb

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Dünya Ruhani Liderlərinin Konqresinin nəticələrinin qlobal çağırışlar qarşısında ümumi birliyə töhfə verəcəyinə, millətlərarası harmoniyanın, sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. QMİ sədri A.Paşazadə Kasım-Jomart Tokayevin Bakıya son səfərinin nəticələrini müsbət qiymətləndirib, həmçinin Qazaxıstanın dinlər və sivilizasiyalararası dialoqun …

Read More »

Azərbaycan XİN: “Ermənistan beynəlxalq hüququ pozur”

“Ermənistan tərəfi beynəlxalq hüquqa əməl etmir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb. O bildirib ki, bu, həm də üçtərəfli bəyanatların şərtlərinin pozulmasıdır: “Həmçinin təxribatlar davam edən normallaşma prosesinə ziddir. Provokasiyalar Azərbaycanın yenidənqurma işlərinə mane olur”.

Read More »

Ombudsman Ermənistanın sərhəddəki təxribatı ilə əlaqədar beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Təəssüflə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-də gecə saatlarında beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, fundamental insan hüquqlarını, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində …

Read More »

DSX Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı məlumat yayıb

Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib. Boyukmillet.com xəbər verir ki, DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər: “Bundan sonra düşmən, ağır itkilər verərək geri çəkilib”.

Read More »

Hulusi Akar Yunanıstana xəbərdarlıq edib: “Bu qədər ikiüzlülük, riyakarlıq olmaz”

“Yunanıstan rəhbərliyinə deyirik ki, tarixdən nəticə çıxarın, yeni macəralar axtarmayın”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib. “Bəziləri Yunanıstanın qulağına nə isə deyə bilər. Tarix bunların keçərli olmadığını göstərib. Güzgüyə baxsalar, həqiqəti görəcəklər və bəlkə, utanarlar. Bu qədər ikiüzlülük, riyakarlıq olmaz”, – o bildirib. H.Akar, həmçinin söyləyib ki, Türkiyə problemlərin sülh yolu ilə …

Read More »