Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,93 ABŞ dolları, yaxud 2,02 % artaraq 97,53 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 92,36 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollardan götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal …
Read More »Yearly Archives: 2022
Müəllimlərə bostan əkməyi məsləhət edən deputata cavab
Deputat Rüfət Quliyevin müəllimlərlə bağlı açıqlaması sosial şəbəkə əhlinin narazılığına səbəb olub. Belə ki, millət vəkilinin “Azərbaycanda son 4 ildə mikro və orta sahibkarlığa imkan yaradılıb. Yetər ki, insanlar bu sahədə aktiv olsunlar. Dövlət buna hər cür şərait yaradıb və bütün süni formada olan problemlər yığışdırılıb. Ona görə də, istənilən işi vicdanla görəndə insanın qazancı da olur. Yəni, insanlar elə …
Read More »Samir Adıgözəlli: “İllərdir ki, Azərbaycan həmin diasporlara pul qoyur, hanı nəticə?”
Bugünlərdə Şuşada keçirilən növbəti beynəlxalq konfransa dəvət edilən ABŞ və Fransanın ölkəmizdəki səfirləri yenə həmin şəhərə səfərdən imtina etdi. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları, şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunan konfransda ABŞ və Fransa səfirlərinin iştirak etməməsi diqqət çəkir. Belə ki, Azərbaycan tərəfindən hər iki …
Read More »Prezident İtaliyada Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb
“Bu gün biz elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq. Gürcüstan, Türkiyə, Bolqarıstandan keçməklə Avropaya çıxacaq artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üç mərhələsidir. Bu, yalnız Avropanı deyil, həmçinin daha geniş sahəni əhatə edəcək. Biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. …
Read More »Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına işgüzar səfəri sentyabrın 2-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısını İtaliya hökumətinin rəsmi nümayəndələri yola salıblar.
Read More »Dövlət başçısı: “Müharibə başlayandan 10-dan artıq ölkədən qazla bağlı müraciət almışıq”
“Biz Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin avropalıların gündəliyində ən aktual məsələlərdən biri olduğunu görürük”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib. “Burada interkonnektorlar ilə bağlı müzakirələr gedir və onlardan biri – Yunanıstan-Bolqarıstan interkonnektoru istismara verilməyə yaxındır. Həmin qəbildən olan digər layihələr də var. …
Read More »Prezident: “Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımızın gələcəyinin necə olacağı bizim üçün maraqlıdır”
“Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib. “Dünya dəyişib və bu dəyişikliklərin hansı axımla gedəcəyi bu amillərdən asılıdır – Ukraynada müharibə nə qədər müddət …
Read More »İsmayıllıda dağlıq ərazidə meşə yanır
İsmayıllı rayonunda dağlıq ərazidə meşə yanğını başlayıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda yanğınsöndürmə işləri aparılır.
Read More »MN: “Laçının strateji əhəmiyyətli Üçdik yüksəkliyində döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib”
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Laçın rayonunda Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən strateji əhəmiyyətli Üçdik yüksəkliyində döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib: “Burada şəxsi heyətin gecə və gündüz nümunəvi …
Read More »“Kirayə mənzillərin qiymətində 10-15 faiz artım gözlənilir” – Açıqlama
“Bu günə qədər birotaqlı mənzillərin kirayə qiyməti ortalama 450-500 manat civarında idisə, artıq 500-550, bəzi yerlərdə isə 600 manata qədər qalxa bilər”. Boyukmillet.com xəbər verir ki, bunu 525.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. Onun sözlərinə görə, kirayə mənzil bazarında qiymət artımı təxminən bir ay davam edəcək: “Bildiyiniz kimi hər il tədris ilinin başlanması ilə əlaqədar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar