Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Kirayə mənzillərin qiymətində 10-15 faiz artım gözlənilir” – Açıqlama 

“Bu günə qədər birotaqlı mənzillərin kirayə qiyməti ortalama 450-500 manat civarında idisə, artıq 500-550, bəzi yerlərdə isə 600 manata qədər qalxa bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu 525.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. Onun sözlərinə görə, kirayə mənzil bazarında qiymət artımı təxminən bir ay davam edəcək:

“Bildiyiniz kimi hər il tədris ilinin başlanması ilə əlaqədar kirayə mənzil bazarında qiymətlərdə artım müşahidə edirik. Bu il də istisna deyil. Bazarın tendensiyası ondan ibarətdir ki, bir məhsula tələbat varsa, onun qiymətinda yüksəlişin olması təbiidir. Tədris ilinin başlanması ilə əlaqədar olaraq tələbələrin Bakı şəhərinə axının şahidi oluruq. Bu baxımdan qiymətlərin artmasının bir müddət davam edəcəyini proqnozlaşdırmaq olar. Bu proses təxminən nəticələr bəlli olandan sonra start götürüb, üzümüzə gələn bir ay ərzində davam edəcək.

Daşınmaz əmlak bazarında, xüsusilə də kirayə mənzil bazarında qiymətlərin artımını görəcəyik. Hər il dövrü olaraq bu proseslə qarşılaşırıq. Sadəcə bundan əvvəlki illərdə pandemiya ilə bağlı olaraq sözügedən tendensiya o qədər də müşahidə olunmadı. Əksinə, qiymətlərin enməsinin şahidi olduq. Hələ ki, qapanma ehtimalı yoxdur. Təhsilin tam, birbaşa üsulla keçirilməsi nəzərdə tutulur. Hazırda Bakıda mənzil axtarışı bazara öz təsirini göstərir.

Hesab edirəm ki, prosesdə birotaqlı mənzillər aktuallıq təşkil edəcək. Tələbələr əsasən minimal imkanlara malik mənzillərin axtarışında olacaq. Bu baxımdan daşınmaz əmlak bazarında 10-15 faiz civarında artım müşahidə edəcəyik. Bu aktivlik təbiidir. Təxminən bir aydan sonra qiymətlərin əvvəlki kimi olacağı proqnozlaşdırılır”.

Aytac SAHƏD

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …