Çərşənbə , 1 May 2024
Drone Cameras

QHT layihəsinin icrasına start verdi

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən 3 ay boyunca “Ailə, cəmiyyət və biz …!” Həssas qruplara aid uşaq və ailələrin sosial – tibbi və psixoloji reabilitasiya sahəsində maarifləndirmə layihəsinin icrasına başlayır.

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri və layihə rəhbəri Cəmilə Çingizqızı Boyukmillet.com-a bildirib ki, layihə həssas qruplara aid edilən, uşaqların ailələri ilə sosial – tibbi və psixoloji reabilitasiya sahəsində maarifləndirilməsinə yardım edəcək. Həmçinin ailələrə fərdi psixoloji yardım , sağlamlıq imkanları məhdud olan uşaqları, ailələrini narahat edən problemləri öyrənmək, onları birgə qrup təlimə cəlb etmək layihənin əsas məqsədlərdən biridir. Bundan əlavə gələcəkdə bu qəbildən olan uşaqlarla çalışacaq bir qrup gənc tələbə üçün “Ailə, cəmiyyət və biz …!” adlı psixoloji təlim təşkil olunacaq.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …