İrandaki şovinist fars rejimi yüz ildir anti-Azərbaycan, anti-türk siyasəti yeridir. İran İslam Respublikasının ölkəmizə qarşı sərgilədiyi anti-Azərbaycan mövqeyi artıq ölkəmizdə gündəm mövzusuna çevrilib. Boyukmillet.com xəbər verir ki, millət Vəkili Əziz Ələkbərli Missiya.Az-a açıqlamasında bildirib ki, İranın hakim dairələri Azərbaycanın dostu olan hər kəsə düşmən, Azərbaycanın düşməni olan hər kəsə dost münasibəti bəsləyir: “Xarici havadarlarının köməyi ilə hakimiyyəti ələ keçirmiş fars azlığı hakimiyyətdən uzaqlaşdırılmış …
Read More »Yearly Archives: 2022
İcra başçısının oğlunun 2 milyonluq maşın kolleksiyası
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyası üzə çıxıb. Bu faktı araşdırmaçı jurnalist Mehman Hüseynov ortaya çıxarıb. Jurnalist əvvəlki araşdırma zamanı icra başçısının oğluna məxsus, Bakının mərkəzində- “Hilton” otelinin yaxınlığında yerləşən dəbdəbəli “D’lite” restoranını ortaya çıxarmışdı. Bu dəfə isə həmin restoranın yaxınlığında Bəhram Bayramovun avtomobil qarajını müəyyən edib. Araşdırmadan məlum …
Read More »Azərbaycan “Visa” ilə “Ağıllı kənd” layihəsinə dəstəyi müzakirə edib
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Visa” beynəlxalq kart təşkilatının Mərkəzi Avropa,Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə AMB sədri məlumat verib. Onun sözlərinə görə, görüşdə iki qurum arasında əməkdaşlığın cari vəziyyəti, nağdsız cəmiyyət, fintex, rəqəmsal valyuta, “Ağıllı kənd” layihəsinə dəstək məsələləri müzakirə edilib.
Read More »Ermənilərin ən çox mina basdırdıqları ərazi açıqlanıb
Azərbaycanın ermənilər tərəfindən daha çox çirkləndirilən əraziləri Aprel döyüşlərində azad edilən Lələtəpə yüksəkliyi və bu istiqamətdə yerləşən Cəbrayılın Mehdili kəndidir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un Qarabağ bürosuna Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) 3 saylı təmizləmə qrupunun supervayzeri Azər Hüseynov bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusunun Aprel qələbəsi zamanı Lələtəpə yüksəkliyini işğaldan azad etdikdən sonra ermənilər 30 ilə yaxın bir …
Read More »Kamran Əliyev İran rəsmiləri ilə narkotik qaçaqmalçılığına qarşı mübarizəni müzakirə edib
Azərbaycanın baş prokuroru Kamran Əliyev Tehrana işgüzar səfəri çərçivəsində İranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində K.Əliyev bu gün İranın daxili işlər naziri Əhməd Vəhidi ilə görüş keçirilib. Nazir Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı parlaq qələbə münasibətilə təbrik edib. Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirərək müstəqil …
Read More »Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş keçirilib
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Read More »Aİ-92 benzinin və dizel yanacağının aksiz dərəcələrində dəyişiklik olunub
Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” 23 avqust 2022-ci il tarixli Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının aksiz dərəcələrində dəyişiklik olunub. Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin aksiz dərəcəsi 42 fazdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə dəyişdirildiyindən Tarif (qiymət) …
Read More »ANAMA-nın əməliyyat meneceri: “Cəbrayılda minaaxtaran it öz sahibini qoruyarkən minaya düşərək ölüb”
Ötən gün Cəbrayıl rayonu ərazisində ərazilərin minalardan təmizlənməsi zamanı bir mina təmizləyən it minaya düşərək tələf olub. Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinin minaaxtaran itlərlə iş üzrə qrupunun əməliyyat meneceri Azər Hüseynov “Report”un Qarabağ bürosuna bildirib ki, minaaxtaran itin minaya düşməsi öz sahibini qorumağa cəhd edərkən baş verib: “Sahibini xilas edən və özü minaya düşərək ölən “Dina” ləqəbli minaaxtaran it burada olan …
Read More »Zaqatalada yüksək dağlıq ərazidə baş verən yanğın 10 hektar ərazini əhatə edir
Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri yanğınsöndürmə işlərini davam etdirir. Boyukmillet.com xəbər verir ki, FHN-in 100 nəfər şəxsi heyəti, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət daha 100 nəfər yanğının söndürülməsində iştirak edir. Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov …
Read More »ETSN: “Zaqatalada yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur”
“Zaqatalanın mürəkkəb relyefli dağlıq ərazisində baş verən yanğının söndürülməsi və geniş ərazilərə keçməməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Bu səbəbdən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, hazırda nazirliyin bütün …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar