Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ferqus Ould Bakıya gəlib. Boyukmillet.com-un məlumatına görə, bu barədə diplomat tvitter hesabında paylaşım edib. “Salam Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm ”, – onun paylaşımında deyilir. Salam Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm 🇬🇧🇦🇿 pic.twitter.com/Wl0ehgJf70— FergusAuldFCDO (@FergusAuldFCDO) August 31, 2022

Read More »

İraqın Baş naziri vəziyyətin pisləşəcəyi təqdirdə istefa verəcəyini bildirib

İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə siyasi vəziyyətin pisləşəcəyi təqdirdə vəzifəsini tərk edəcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb. Əl-Kazimi İraq xalqına müraciətində deyib: “Əgər siyasi vəziyyət pisləşərsə, mən İraqın Baş naziri vəzifəsindən istefa verdiyimi vaxtında elan edəcəyəm”. Qeyd edək ki, siyasətdən getdiyini elan edən şiə imamı Muqtada əs-Sadrın yüzlərlə tərəfdarı Bağdadda hökumət idarələrinin və …

Read More »

ABŞ nüvə sazişinin bərpası ilə bağlı İranın cavabını gözləyir

ABŞ və İran hələ də nüvə sazişinin bərpası ilə bağlı razılığa gəlməyib, Vaşinqton bu məsələdə Tehranın cavabını gözləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin birinci müavini Vedant Patel bildirib. “Vəziyyət dünən dediyim kimi qalır: biz Avropa İttifaqının təklif etdiyi yekun mətnlə bağlı Aİ vasitəsilə İranın şərhlərini almışıq. Və biz …

Read More »

Türkiyə lideri: “Ankaranı F-35 alıb-almaması narahat etmir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində Zəfər Gününə həsr olunmuş təntənəli konsertdə iştirak edib. Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, konsertdən əvvəl çıxış edən Türkiyə dövlət başçısı F-35 döyüş təyyarələrinin tədarükü məsələsinə toxunub: “Amerika Yunanıstana bizə vermədikləri F-35-ləri təklif etməklə Rusiyanın hava hücumundan müdafiəsinin bu təyyarələrlə eyni sistemdə olmasına yol açdı. Ankaranı ona (ABŞ – Red) F-35 verib-verməməsi …

Read More »

Mixail Qorbaçov ölüb

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ölüb. Bu barədə Boyukmillet.com  “TASS”a istinadən xəbər verir. Mərkəzi Klinika Xəstəxanası bildirib ki, 92 yaşlı Mixail Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında dünyasını dəyişib. SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud …

Read More »

Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin üçüncü görüşü razılaşdırılmış vaxtda keçiriləcək

Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin üçüncü görüşü razılaşdırımış vaxtda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Moskva şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi …

Read More »

Moskvada Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin sədrliyi ilə komissiya iclası keçirilib

Avqustun 30-da Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib. İclasdan öncə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk, Şahin Mustafayev və …

Read More »

Azərbaycan XİN bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİNB) Azərbaycanın onuncu – on ikinci dövri hesabatlarına dair İrqi Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitənin yekun müşahidələri ilə bağlı bəyanat yayıb. “Azərbaycan Respublikası Hökuməti İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiya (CERD) üzrə Komitənin bu yaxınlarda keçirilən sessiyasında iştirak etməkdən və Konvensiyaya uyğun olaraq onuncu – on ikinci dövri hesabatlarını Komitəyə təqdim etməkdən məmnunluq duyur. …

Read More »

Peşəkar Futbol Liqasında yeni təyinat olub

Peşəkar Futbol Liqasında (PFL) yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən Marketinq qrupu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin tərkibinə verilib. Tanınmış jurnalist Sənan Abdullayev qurumun yeni media və marketinq direktoru təyin olunub. 2005-ci ildə “Futbol+” qəzetində jurnalist kimi fəaliyyətə başlayan S.Abdullayev 2007-ci ildən “Xəzər TV”də müxbir, aparıcı, idman redaktoru vəzifələrində çalışıb. 2015-ci ilin “Ən yaxşı idman …

Read More »

Sahibə Qafarova Mustafa Şentopa təbrik məktubu göndərib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Zəfər Bayramı münasibətilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarova 30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə həmkarına, Türkiyə Böyük Millət Məclisinin üzvlərinə və qardaş Türkiyə xalqına təbriklərini ünvanlayıb. Məktubda bu möhtəşəm zəfərin qardaş Türkiyə xalqının şanlı tarixinin ən parlaq səhifələrindən biri olduğu qeyd edilərək, …

Read More »