Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ceyhun Bayramov Ankaraya yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 13-cü Səfirlər konfransında çıxış etmək məqsədilə paytaxt Ankaraya yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Read More »

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq edib

Son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin avqustun 8-də yaydığı məlumatda bildirilib. Qeyd edək ki, ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub.

Read More »

Qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri …

Read More »

Türkiyə ordusu 13 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri “Zeytun Budağı” və “Barış Pınarı” bölgələrində 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, PKK/YPG terrorçuları antiterror əməliyyatları zonalarının atəşə tutulması və Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə sızma cəhdi zamanı məhv edilib.

Read More »

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları blogerlərlə görüşüb

Diaspor Gənclərinin Şuşa şəhərində keçirilən III Yay Düşərgəsi çərçivəsində Azərbaycanın tanınmış blogerləri ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, komitə sədrinin müşaviri Cahid Kazımovun moderatorluğu ilə aparılan görüşdə 365.az saytının baş redaktoru, bloger Kubra Məhərrəmova və influenser marketinq şirkətinin rəhbəri Aliyə Cəlil iştirak ediblər. Ata tərəfdən əsillərinin Şuşadan olduğunu söyləyən Kübra Məhərrəmova bildirib ki, diaspor gəncləri üçün düşərgənin mədəniyyət paytaxtımızda …

Read More »

Britaniya kəşfiyyatı: “Ukraynada ən azı 10 rus generalı öldürülüb”

Müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rus generalını öldürüb. Eyni zamanda, Rusiya qoşunlarının uğursuzluqları ən azı 6 komandirin vəzifəsini itirməyə səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib. Qeyd olunub ki, Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri vəzifələrini itiriblər. General-polkovnik A.Çayka 2022-ci ilin mayında vəzifəsindən azad edilib. Çox güman ki, onu …

Read More »

Əfqanıstanın paytaxtında partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Amad News” agentliyi məlumat yayıb. Qeyd olunub ki, hadisə Kabilin 5-ci məhəlləsində olub. Partlayışın səbəbləri və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Radikal “Taliban” hərəkatının nümayəndələri insidentlə bağlı şərh verməyiblər.

Read More »

MN: “Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır”

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Boyukmillet.com xəbər verir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Belə ki, qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.

Read More »

Türkiyənin təhlükəsizlik qüvvələri terror aktı hazırlayan PKK üzvünü yaxalayıb

Suriyada “Fərat qalxanı” əməliyyatı bölgəsində terror aktının qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb. Belə ki, Cerablusda təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı 10 kq partlayıcı ilə doldurulmuş bomba ələ keçirilib. “Cerablusda terror aktı hazırlayan PKK/PYD terror təşkilatının üzvü “Fərat qalxanı” əməliyyatı bölgəsində ələ keçirilib”, – nazir yazıb. Daxili İşlər …

Read More »

Əfqanıstanda törədilən partlayışın təşkilatçıları məlum olub

Əfqanıstanda törədilən partlayışın təşkilatçıları məlum olub. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Reuters” xəbər verib. Məlumata görə, İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildə dünən törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb. Kabil polisinin sözçüsü Xalid Zadran tviter hesabında partlayış zamanı iki nəfərin öldüyünü, daha 22 nəfərin yaralandığını bildirib. Daha əvvəl bildirilib ki, partlayış Kabil şəhərinin qərbində baş verib, ölən və yaralananlar var. Parlamentin …

Read More »