Abşeronda arvadını bıçaqlayan kişi hadisə yerindən qaçıb. Boyukmillet.com xəbər verir ki, hadisə avqustun 2-də saat 23:45 radələrində rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə ərazisində fərdi evdə yaşayan İsmayılov Hüseyn Qurban oğlu qısqanclıq zəminində arvadı İsmayılova Şəhruzə Əzim qızının bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib və sonra hadisə yerindən uzaqlaşıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Read More »Yearly Archives: 2022
Azərbaycan XİN: “Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edirik”
“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfini əsassız şəkildə ittiham edən 3 avqust tarixli bəyanatını qətiyyətlə rədd edirik”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb. Qeyd olunub ki, Ermənistan XİN-in Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir: “Xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın …
Read More »ABŞ Qarabağla bağlı narahatlığını bildirib
“Birləşmiş Ştatlar Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir. Biz gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir. “Gərginliyin son vaxtlar artması Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu …
Read More »İran nüvə sazişinə qayıdış şərtini açıqlayıb
İran Amerika Birləşmiş Ştatlarından iqtisadi səmərəyə dair zəmanət aldıqda, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə öhdəliklərinə tam əməl etməyə qayıdacaq. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi deyib. “İran 2021-ci ilin aprel ayından sazişin tam icrasını bərpa etmək üçün digər iştirakçılarla vicdanla danışıqlar aparır. Bu məqsədə nail olmaq ləngiyir, çünki ABŞ hələ də İranın …
Read More »ABŞ KXDR-lə istənilən vaxt danışıqlara hazır olduğunu bildirib
Birləşmiş Ştatlar Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə istənilən vaxt, istənilən yerdə danışıqlara açıqdır. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins deyib. “Biz istənilən yerdə və istənilən vaxt Şimali Koreya ilə danışıqlara açığıq”, o, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə İcmal Konfransında brifinqdə bununla bağlı sualı cavablandırarkən …
Read More »İrəvanda hökumət binası qarşısında etiraz aksiyası olub, saxlanılanlar var
Ermənistanın paytaxtı İrəvanda, hökumət binası qarşısında aksiya olub. Boyukmillet.com xəbər verir ki, paytaxt polisinin əməkdaşları hakimiyyətə etiraz edən qadına qarşı zorakılıq tətbiq ediblər. Bundan sonra o, polis bölməsinə aparılıb. Asayiş keşikçiləri bundan sonra hakimiyyətə dinc etiraz edən qadının saxlanılması səbəblərini polisdən açıqlamağı tələb edən fəal Ovannes İşxanyanı da saxlayıblar. Məlumata görə, polis əməkdaşları tərəfindən daha bir neçə nəfər saxlanılıb.
Read More »Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin səbəbindən danışıb
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin baş verməsinin mümkün səbəbindən danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında bildirib. “Əvvəlcə – Balkan yarımadası ölkələri, sonra – Tayvan, indi bəlkə də Cənubi Qafqaz… Bütün bu situasiyalar fərqli görünür, baxmayaraq ki, onları bir amil birləşdirir, yəni: qlobal təhlükəsizlik arxitekturası işləmədi. Əgər qlobal təhlükəsizlik arxitekturası işləsəydi, bütün münaqişələr olmazdı”, …
Read More »Türkiyədə silahlı hücum olub, yaralılar var
Türkiyədə silahlı hücum olub. Boyukmillet.com xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb. Esenyur rayonunda 3 nəfər odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerinə təcili yardım xidməti və polis əməkdaşları cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumu həyata keçirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlayıb.
Read More »FHN Xırdalanda partlayışla bağlı məlumat yayıb
Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib. Boyukmillet.com xəbər verir ki, bu, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub. Nazirlikdən bildirilib ki, ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib. Hadisə nəticəsində dörd …
Read More »“Haber Global” Azərbaycanın antiterror əməliyyatı barədə süjet hazırlayıb
Türkiyənin “Haber Global” telekanalı Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirdiyi antiterror əməliyyatı barədə süjet hazırlayıb. Boyukmillet.com xəbər verir ki, süjetdə mətbuatda yayılan, həmçinin Müdafiə Nazirliyinin ictimailəşdirdiyi pilotsuz uçuş aparatlarının zərbə endirməsinin görüntüləri yayımlanıb. Süjetdə bildirilib ki, erməni yaraqlılarının açdığı atəş nəticəsində səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu Anar Kazımov şəhid …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar