Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın göndərib

Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Qarabağda minalı ərazilərin təmizlənməsində istifadə olunacaq “MEMATT”lar (Mexaniki Mina Təmizləmə Təchizatı) qardaş Azərbaycan üçün xeyirli olsun. Ümumilikdə, qardaş Azərbaycana 20 “MEMATT” verilib”, – nazirlikdən bildirilib.

Read More »

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

İyulun 30-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin …

Read More »

Müdafiə naziri ordu komandanlarına yeni tapşırıqlar verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrində qışa hazırlıq işlərinin plana əsasən tamamlanmasını tapşırıb. Nazir tapşırığını iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə çatdırıb. Müdafiə naziri bölmələrdə xüsusilə …

Read More »

Türkiyədə yeni antiterror əməliyyatı başlayıb

Türkiyədə yeni antiterror əməliyyatı başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Əməliyyat 1377 nəfərlik şəxsi heyətin iştirakı ilə Şırnak və Siirt bölgəsində keçirilir. “Eren Abluka-27” antiterror əməliyyatı şəhid Ercan Özcanın xatirəsinə həsr olunub.

Read More »

Ersin Tatar səlahiyyət müddəti başa çatan Britaniyanın ali komissarını qəbul edib

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar səlahiyyət müddəti başa çatan Böyük Britaniyanın ali komissarı Stiven Lilli qəbul edib.  Boyukmillet.com xəbər verir ki, Ersin Tatar Kıbrıs məsələsi ilə bağlı Kıbrıs türk tərəfinin fikirlərini bölüşüb və rum tərəfinin güc və sərvəti Kıbrıs türkləri ilə bölüşmək istəməməsi səbəbindən yalnız suveren bərabərlik əsasında iki dövlətli anlaşmanın real və praktiki olacağını vurğulayıb. Tatar Lilliyə …

Read More »

Azərbaycan Ordusunda döyüş hazırlığı ilə bağlı yoxlamalar keçiriləcək

Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən Azərbaycan Ordusunun qoşunlarında yoxlamalar keçiriləcək. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intevsivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə …

Read More »

Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində mövqelərini atəşə tutub

İyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Read More »

Zakir Həsənov ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun qoşunlarına ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazir əmrini iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb …

Read More »

Meşəlik ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı təlimlər keçirilib

Meşəlik ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib. Boyukmillet.com xəbər verir ki, meşəlik ərazilərdə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Türyançay, Korçay, Qarayazı Dövlət Təbiət Qoruqlarında, Göygöl, Altıağac Milli Parklarında, Tovuz, Lənkəran, Ağcabədi və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzlərində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar …

Read More »