Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının artımına səbəb olan faktorları açıqlayıb

Azərbaycan iqtisadiyyatının ilk 6 ayda nümayiş etdirdiyi artım templəri ürəkaçandır. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu ilin I yarısında Azərbaycan iqtisadiyyatının 6,2 %, qeyri-neft sektorunun isə 9,6 % artması həqiqətən sağlam iqtisadi artımdır: “Çünki il ərzində müxtəlif iqtisadiyyatların artım templəri ilə bağlı proqnozların azaldılmasının şahidiyik. Ancaq Azərbaycanın timsalında bu proses əksinə baş verir və bütün aparıcı reytinq …

Read More »

IGB-nin müstəqil operatoru Azərbaycan təbii qazını Yunanıstana nəql etmək üçün lisenziya alıb

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) layihə şirkəti – ICGB Yunanıstan ərazisindən təbii qazın nəqli ilə bağlı lisenziya alıb. Boyukmillet.com şirkətin məlumatına istinadən xəbər verir ki, Yunanıstanın enerji tənzimləyicisi RAE-nın qərarına əsasən, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) həyata keçirilməsinə cavabdeh olan layihə şirkəti 50 il müddətində təbii qazın nəqlini həyata keçirə biləcək. Bu yaxınlarda Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası (EWRC) ICGB AD şirkətinə 35 …

Read More »

XİN Qoşulmama Hərəkatının Gənclər Sammiti ilə bağlı məlumat yayıb

Bakıda Qoşulmama Hərəkatına üzv olan ölkələrdən olan Gənclərin Sammiti öz işinə başlayıb. Boyukmillet.com Azərbaycan XİN-ə istinadən xəbər verir ki, Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsinin iştirak etdiyi Sammitin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov qonaqları salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciətini səsləndirib. Ölkə başçısının müraciətində bildirilib ki, Azərbaycanda gənclər siyasətinə …

Read More »

Baş Prokurorluq: “7 hərbçi və 1 mülki şəxs həbs edilib, daha 1 nəfər axtarılır”

Azərbaycanda 7 hərbi qulluqçu və 1 nəfər Bərdə rayon sakini həbs edilib, daha 1 nəfər axtarılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları və qeyrilərindən ibarət cinayətkar dəstə iyulun 21-də 90 kq-dan artıq narkotik vasitəni sərhəddən keçirməyə çalışarkən qanunsuz əməlləri ifşa edilib. Baş prokuror tərəfindən qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, …

Read More »

Azərbaycanla Serbiya arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycan 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş”i təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan …

Read More »

Şuşa, Ağdam və Füzuliyə avqust ayı üçün avtobus biletləri satışa çıxarılır

Sabah, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə avqust ayına olan biletlər satışa çıxarılacaq. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada …

Read More »

VƏTƏN XİLASKARI

Həyat hər insana qucaq açır. Ancaq hər insan həyatda layiqli yaşaya bilmir. Bir dəfə gəldiyimiz bu dünyada yaşamaq yerinə yaşatmağı seçənlərə “Şəhid” deyirik. Şəhidlər ömrünün gənclik çağında həyata vida deyib cənnətə üz tuturlar. Bir də elə şəhidlər var ki, ömrünün gənc çağında həyatın sınaqları, çətinlikləri, ayrılıqları ilə mücadilə edə-edə ürəkləri nurani insan kimi yorğun düşür. 28 il ömür yaşayan Toğrulun …

Read More »

Fransada mağazalarda açıq qapılara görə cərimə tətbiq olunacaq

Fransalı nazir kondisionerli mağazaları qapıları bağlı vəziyyətdə saxlamağa çağırıb. Fransanın Energetika naziri xanım Anyes Panye-Ryunaşe kondisionerlə təmin olunmuş mağazaların qapılarını örtməyi tələb edib, qanuna əməl etməyən sahibkarları cərimə gözləyir. Bu üsulla Fransa hakimiyyəti elektrik istehlakını azaltmağa çalışır. Boyukmillet.com “The Guardian” nəşrinə istinadən xəbər verir ki, siyasətçi kondisionerin işlək vəziyyətdə olarkən qapıların bağlı olmaması səbəbindən elektrik istehlakının 20% artdığını bildirib. Qanuna …

Read More »

Türkiyə-Ermənistan sərhədində mina partlayıb, 1 nəfər yaralanıb

Türkiyə-Ermənistan sərhədində mina partlayıb. Boyukmillet.com “Kars Güncel”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb. Partlayış Qars şəhərinin Arpaçay rayonunda baş verib. Qeyd edək ki, həmin ərazidə minalardan təmizlənmə işləri həyata keçiriir. Xatırladaq ki, bundan əvvəl Türkiyənin Ermənistanla danışıqlar üzrə nümayəndəsi Sərdar Kılıçın həmin əraziyə səfərinə dair məlumat yayılmışdı.

Read More »

Laçın şəhərindən yeni görüntülər – VİDEO

İşğal dövründə Laçın rayonunun mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti şəhəri tərk edib. Bu, “Report”un Laçına ezam olunmuş əməkdaşlarının dəhlizdən keçən zaman çəkdikləri yeni görüntülərdən məlum olub. Laçın şəhərində az sayda erməni qalıb. Yol kənarında olan mağazalar, apteklər və digər iaşə obyektləri hazırda bağlıdır. Laçını tərk edən ermənilər isə evlərin dam örtüyünü, qapı-pəncərələrini söküblər, bəzilərini yandırıb, dağıdıblar. Qeyd edək ki, Azərbaycan hökuməti …

Read More »