Abşeronda 21 yaşlı gənc oğlanı avtomobil vurub. Boyukmillet.com xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 2001-ci il təvəllüdlü Sadıqov Müzəffər Rulid oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Read More »Yearly Archives: 2022
Ukrayna MDB çərçivəsində gömrük sazişindən çıxmaq qərarına gəlib
Ukrayna Ali Radası MDB ölkələri arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişdən çıxmaq haqqında qanun qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat yayılıb. Müvafiq qanun layihəsi Ukrayna Nazirlər Kabinetinə təqdim edilib. Qeyd edilib ki, qanun layihəsi Ukraynanın beynəlxalq müqavilələrinin təhlilinin nəticələrinə əsasən hazırlanıb və bu ölkənin Prezidentinin fərmanına uyğun olaraq həyata keçirilir.
Read More »Fransada atışma olub, ölən və yaralananlar var
Fransanın paytaxtı Parisin mərkəzində atışma olub. Boyukmillet.com xəbər verir ki, bu barədə polisə istinadən BFM telekanalı məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində azı bir nəfər ölüb, daha dörd nəfər yaralanıb. Qeyd edilir ki, insident barda baş verib. Hücum iki nəfər tərəfindən törədilib.
Read More »Borrel: “Sanksiyalar Ukraynadakı münaqişəni bir gecədə dayandırmayacaq”
“Əlbəttə, Avropa İttifaqının (Aİ) sanksiyaları Ukraynadakı münaqişəni bir gecədə dayandırmayacaq, lakin onlar Rusiya üçün çoxlu iqtisadi problemlər yaratmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa diplomatiyasının başçısı Jozep Borrel Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib. O, Rusiyaya qarşı sanksiyaların “işlədiyini” vurğulayıb və bunun əksini söyləyən xəbərləri dezinformasiya adlandırıb.
Read More »Zelenski UTX-nin daha 28 məmurunun işdən çıxarılacağını bildirib
Yaxın vaxtlarda Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) daha 28 məmuru işdən çıxarılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski müraciətində deyib. “Və Ukrayna Təhlükəsizlik Xidməti ilə bağlı daha bir mühüm xəbər. Hazırda xidmətdə kadr auditi aparılır. İyirmi səkkiz məmurun işdən çıxarılması məsələsi həll edilir. Müxtəlif səviyyələr, müxtəlif istiqamətlər. Amma əsaslar oxşardır – qeyri-qənaətbəxş nəticəli işlər”, – o deyib. Xatırladaq …
Read More »Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub
Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub. Boyukmillet.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1995-ci il təvəllüdlü Məmmədova Səbinə Əli qızı və oğlu, 2018-ci il təvəllüdlü H.Məmmədov yolu keçərkən avtomobil onları vurub. Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.
Read More »Slovakiya Prezidenti ölkə vətəndaşlarına Ukrayna ordusunda xidmət etməyə icazə verib
Slovakiya prezidenti Zuzana Çaputova ölkənin ilk dörd vətəndaşına Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa icazə verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Martin Strijinets bildirib. Strijinetsin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün müraciəti nəzərdə tutan 10 ərizədən dördü təmin edilib. O, həmçinin vurğulayıb ki, Çaputova slovakların müraciətlərinə baxarkən Müdafiə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin tövsiyələrinə uyğun hərəkət …
Read More »Xudatda 46 yaşlı kişi bıçaqlanıb
Xudat şəhərində bıçaqlanma baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü Qəribov Telman Xoci oğlu bıçaq xəsarəti alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Read More »Türkiyənin DİN rəhbərinin əmisi oğlu qətlə yetirilib
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez Trabzonda silahlı hücum zamanı qətlə yetirilib. Boyukmillet.com xəbər verir ki, hadisə dünən axşam saatlarında Of rayonunun Atatürk Bulvarında baş verib. Fatih U. ilə Sefa Dönmez arasında naməlum səbəbdən mübahisə yaşanıb. Qısa müddət sonra davaya çevrilən hadisə zamanı Fatih U. üstündəki tapança ilə Dönmezə 5 dəfə atəş açıb. Yaralı Of Dövlət …
Read More »QHT Agentliyindən QƏRAR: Qrant müsabiqəsinin nəticəsi sabah açıqlanır
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib 18 iyul tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Agentliyin “2022-ci il kiçik qrant müsabiqəsi”nə təqdim olunmuş layihələr müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur. Daha sonra iclasda Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin inkişafına və təşviqinə dair Konsepsiya Sənədinin hazırlanması …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar