Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ceyhun Bayramov Brüsselə işgüzar səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasında iştirakı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Read More »

Aİ xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

“Brüsseldə Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Amma bu sanksiyalar paketində enerji təchizatına əlavə məhdudiyyətlər nəzərdə tutulmur”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto jurnalistlərə açıqlamasında deyib. “Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırılıb. Bu sanksiyalar hələ ki əsasən qaydaların aydınlaşdırılmasına aiddir və enerji resurslarının …

Read More »

Türkiyə NATO-ya üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib

Türkiyə NATO-ya üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib. Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı alyansa üzv olan bütün ölkələr məlumatlandırılıb. “Şərti razılığımızı üzv dövlətlərlə bölüşdük. Bir daha sizə xatırlatmaq istəyirəm ki, əgər bu ölkələr bizim şərtlərimizi yerinə yetirmək üçün lazımi addımları atmasalar, biz prosesi donduracağıq”, …

Read More »

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa Komissiyasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Ursula Fon der Lyayeni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçikadakı səfiri Vaqif Sadıqov və digər rəsmi …

Read More »

DİN Nazirlər Kabinetinin önündə aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi iyulun 20-də Nazirlər Kabinetinin önündə aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, xəbərdarlıqda deyilir: “İyulun 20-də bir qrup şəxsin Nazirlər Kabinetinin inzibati binasının önündə aksiya keçirmək barədə çağırışlara münasibət olaraq bildiririk ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiyanın, kütləvi toplantının keçirilməsi yolverilməzdir. Ona görə də belə bir cəhd olarsa, müvafiq tədbirlərlə qarşısı alınacaqdır”.

Read More »

Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının növbəti iclası sabah keçiriləcək

Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının növbəti iclası sabah Brüsseldə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunlarına əsasən bildirib. Onun sözlərinə görə, iclas zamanı tərəflər müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək. Ursula fon der Lyayen Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzərində iş aparıldığını …

Read More »

Lənkəran icra başçısı müavininin məktəblini döydüyü təsdiqlənib, faktla bağlı cinayət işi başlanılıb

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavininin məktəblini döyməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Qeyd olunub ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma …

Read More »

İlham Əliyev: “Azərbaycan və Aİ enerji sahəsində fəal əməkdaşlıq edir”

“Azərbaycan və Avropa İttifaqı (Aİ) enerji sahəsində fəal əməkdaşlıq edir. Bu gün imzalanmış sənəd bu sahədə gələcək əməkdaşlıq üçün bir növ, yol xəritəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen ilə görüşün yekunlarına əsasən bildirib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Aİ arasında enerji sahəsində fəal əməkdaşlıq uzun illərdir ki, davam …

Read More »