Rusiya qazından tamamilə asılı olan Serbiya 2023-cü ildə Bolqarıstan boru kəmərinə birləşdiriləcək interkonnektorun tikintisi başa çatdıqdan sonra Azərbaycandan qaz almağı planlaşdırır. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bunu Serbiyanın dağ-mədən və energetika naziri Zorana Mixayloviç deyib. “Hazırda biz gələn il üçün qaz tutumlarının ehtiyatı ilə bağlı Azərbaycanla danışıqlar aparırıq, çünki Serbiya-Bolqarıstan interkonnektoru gələn ilin sentyabrında başa çatacaq”, – Mixayloviç Sarayevoda keçirilən …
Read More »Yearly Archives: 2022
Azərbaycanla Gürcüstan şəhərlərinin qardaşlaşması haqqında memorandumlar imzalanıb
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda səfərdə olan Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Kvemo Kartli regionunun qubernatoru ilə ölkələrimiz arasında uğurlu əməkdaşlığın iqtisadi və ticarət əlaqələrimizin inkişafına faydaları və perspektivlər barədə fikirlərimizi bölüşdük: “Giorgi Doxturişvilinin ölkəmizə səfəri çərçivəsində Şəmkir-Marneuli, …
Read More »Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
Avropa Parlamentinin Xarici əlaqələr Komitəsinin nümayəndə heyəti gələn həftə Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə komitənin sədri Devid Makallister bildirib. Onun sözlərinə görə, Gürcüstana səfər çərçivəsində Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında saziş üzrə illik hesabat və Aİ-yə üzvlüyə namizəd statusu məsələləri müzakirə olunacaq.
Read More »Sabahdan Bakıda və rayonlarda hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Xidmətdən bildirilib ki, iyulun 14-ü axşamdan 16-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq. Azərbaycanın rayonlarında isə iyulun 14-ü axşamdan 16-dək bəzi rayonlarda qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.
Read More »USAID missiyasının rəhbəri: “Şadıq ki, Azərbaycan öz ərazilərini geri qaytara bildi”
“USAID Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləyir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx bildirib. “Şadıq ki, Azərbaycan öz ərazilərini geri qaytara bildi. Bu da bizim həyatımızı daha maraqlı edir, çünki yeni investisiya sahələri meydana gəlir”, – o deyib. Sinqx USAID-in “Sosial İştiraka Dəstək” adlı 5 illik proqramının Azərbaycanın …
Read More »Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında görüş başlayıb
Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb. Boyukmillet.com “Habertürk” istinadən xəbər verir ki, artıq nümayəndələr İstanbul şəhərindədir. Nümayəndə heyətlərinin Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacağı gözlənilir. Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.
Read More »KİV: “Türkiyə-Ermənistan sərhədi minalardan təmizlənir”
Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “gazeteKars” məlumat yayıb. Bildirilib ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsini İsrail şirkət həyata keçirir. Qeyd edilib ki, Qars əyalətinin Hakyaka rayonunun İbiş kəndində 20 gündür minalardan təmizləmə işləri görülür. Məlumata görə, gündəlikdə duran əsas məsələ “Doğukapı” sərhəd-keçid məntəqəsinin, “Alican” avtomobil və dəmir yolunun açılmasıdır. Rəsmi qurumlara məsələni şərh etməyib.
Read More »İstanbulda aztəminatlı azərbaycanlı ailələrə qurbanlıq paylanıb-Video
Boyukmillet.com xəbər verir ki, İstanbulda iş adamı Anar Əlizadənin təşəbbüsü ilə ehtiyacı olan azərbaycanlı ailələrə qurban payları verilib. Daha ətraflı videoda:
Read More »Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün təxmini gündəliyi açıqlanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və İran Prezidenti İbrahim Rəisinin üçtərəfli görüşünün təxmini gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Hurriyet” yayıb. Bildirilib ki, Türkiyə, Rusiya və İran təminatçı ölkələr olaraq Suriyadakı vəziyyət, o cümlədən bu ölkənin yeni Konstitusiyasının hazırlanması və siyasi problemin həlli prosesini müzakirə ediləcək. Zirvə toplantısında terrora qarşı mübarzə, terrorçu PKK/YPG-PYD qruplaşması …
Read More »Sabirabadda qazinin özünü yandıraraq intihar etməsi ilə bağlı araşdırmalara başlanılıb
Sabirabadda qazinin özünü yandıraraq intihar etməsi ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabirabad rayonu Qalağayın kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar