Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

XİN sözçüsü: “Türkiyə Azərbaycana ən böyük siyasi dəstəyi göstərən dövlətdir”

“Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Bu münasibətlərin dünyada bənzəri yoxdur”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. O bildirib ki, Azərbaycan strateji münasibətlərin gələcəkdə inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək: “Türkiyə Azərbaycana bu günə qədər ən böyük siyasi dəstəyi göstərən dövlətdir”.

Read More »

Boris Conson Baş nazir postundan İSTEFA VERDİ

Böyük Britaniyanın baş naziri Boris Conson istefa verdiyini elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.Boris Conson istefasını xalqa etdiyi müraciətində bəyan edib. O, ictimaiyyətə “böyük imtiyaz” üçün təşəkkür edib: “Hər şeydən əvvəl, mənə verdiyiniz böyük imtiyaz üçün sizə, Britaniya ictimaiyyətinə təşəkkür etmək istəyirəm”. O bildirib ki, bundan sonra yeni baş nazir gələnə qədər xalqa xidmət göstərəcək: “Baş nazir …

Read More »

Türkiyənin Suriyada həlak olan hərbçilərinin sayı 2-yə çatıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həlak olan hərbçilərinin sayı 2-yə çatıb.  Boyukmillet.com “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Çavuşlar Ömür Ertuğrul Sarı və Muhammed Mustafa Koca yaralanaraq şəhid olublar. Daha bir hərbçi isə yaralıdır.13:40 Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında şəhid verib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd …

Read More »

KİV: “Conson istefa verəndən sonra Zelenski ilə danışacaq”

Böyük Britaniyanın Baş naziri Boris Consonun istefa verdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışacağı gözlənilir. Boyukmillet.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph”ın jurnalisti Ben Rayli yazıb. İddiaya görə, Conson Zelenski ilə payızadək bu ölkəyə dəstək, həmçinin Britaniya və Ukraynanın ümumi maraqlarına cavab vermək məsələləri ətrafında müzakirələr aparacaq. Qeyd edək ki, Qərb mətbuatı bundan …

Read More »

Ceyhun Bayramov: “Sərhədin delimitasiyası prosesi vaxt aparır”

“Sərhədin delimitasiyası prosesi vaxt aparır. Münasibətlərin tarixini nəzərə alsaq, buna nail olmaq heç də asan olmayacaq. Bununla belə, prosesin başlaması artıq özü-özlüyündə yaxşı addımdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası prosesi haqqında sualı cavablandırarkən deyib. XİN rəhbəri bildirib ki, delimitasiya komissiyasının növbəti iclasının tarixi hələ məlum deyil: “Bu proses sivil və dinc …

Read More »

Paşinyan: “Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ilkin razılaşmaların icrasına başlamaq lazımdır”

“Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ilkin razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, hər iki ölkədən olan xüsusi nümayəndələr sərhədin üçüncü ölkə vətəndaşları, eləcə də hava nəqliyyatı ilə yük daşımaları üçün açılması barədə razılığa gəliblər: “Anlaşma anlaşmadır. Lakin onları yerinə yetirmək …

Read More »

XİN başçısı: “Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandallığı hamı bilməlidir”

“Diplomatiya Həftəsinin gedişində diplomatiya könüllülərinin Şuşaya səfər etməsi, həmçinin Azərbaycanın postmünaqişə dövründəki məqsədləri ilə tanış olması gözlənilir”. Boyukmillet.com xəbər veri ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda Diplomatiya Həftəsinin açılış mərasimində deyib. O bildirib ki, Ermənistanın Azərbaycanın azad edilmiş ərazilərində vaxtilə törətdiyi vəhşiliklər, vandallıq, əraziləri minalaması, itkin düşmüş şəxslər …

Read More »

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 YPG terrorçusunu (PKK terrorçu qruplaşmasının Suriya qanadı – red.) zərərsizləşdirib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Terrorçular Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatlarının keçirildiyi ərazilərə hücum etməyə cəhd etsələr də, müvəffəqiyyətlə məhv ediliblər. Qeyd edək ki, PKK silahlılarının 1984-cü ildən bu günə …

Read More »

ABŞ Prezidenti Əfqanıstanı əsas müttəfiq statusundan məhrum etmək istəyir

ABŞ Prezidenti Cozef Bayden Konqresə Əfqanıstanı NATO üzvü olmayan əsas müttəfiq statusundan məhrum etmək niyyətində olduğunu söyləyib. Boyukmillet.com xəbər verir ki, müvafiq bəyanatı Ağ Evin mətbuat xidməti yayıb. Qeyd olunub ki, C. Bayden Əfqanıstanın NATO xaricindəki əsas müttəfiqlər sırasına daxil edilməsini ləğv etmək niyyətindədir.

Read More »

Bakıda 4 ədəd partlayıcı aşkarlanıb

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində hərbi sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri …

Read More »