Rusiya qoşunları Baxmut və Siverskə hücuma hazırlaşır, lakin Lisiçansk uğrunda döyüşlərdən sonra işğalçı ordunun tükənmiş hissələri çətin ki uğur qazana bilsin. Boyukmillet.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub. Bildirilib ki, Rusiya qüvvələri, çox güman ki, Baxmut və Siverskə çatmaq üçün Baxmut-Lisiçansk magistral yolunun qərbinə doğru irəliləməyə davam edəcək. Bununla belə, qeyd olunub ki, …
Read More »Yearly Archives: 2022
“The New York Times”: “Rusiyanın Ukraynadakı strategiyası hələlik özünü doğruldur”
ABŞ-ın “The New York Times” (NYT) qəzetinin Ukraynada Donbas cəbhəsində olan müxbirləri döyüşlərdəki son vəziyyətlə bağlı reportaj dərc ediblər. Boyukmillet.com xəbər verir ki, nəşrin müxbirləri belə nəticəyə gəliblər ki, münaqişənin hər iki tərəfi çox yıpranıb və bu, onların müharibəni eyni rejimdə nə qədər davam etdirə biləcəkləri sualını doğurur, xüsusən də daha pis silahlanmış ukraynalılar. Jurnalistlərin fikrincə, Lisiçansk və Severodonetskin Rusiya …
Read More »Ukraynanın Baş naziri: “Ölkənin infrastrukturuna 100 milyard dollardan çox ziyan dəyib”
“Bu gün Ukraynanın müharibə nəticəsində infrastruktur itkiləri 100 milyard dollardan artıqdır”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası üzrə konfransda çıxışı zamanı deyib. “Biz Ukraynanın elektron xəritəsini yaradırıq, burada müharibənin vurduğu bütün itkiləri qeyd edirik. Bu xəritə daim yenilənir, itkilər dərhal bir neçə tərəfdən qeyd olunur və yoxlanılır. Hökumətin qabaqcıl rəqəmsal alətləri …
Read More »KİV: “Rusiyadakı məhkumlar Ukraynada döyüşmək üçün “Vaqner” dəstəsinə cəlb olunmağa başlayıb”
Rusiyanın Sankt-Peterburq şəhərində islah-əmək koloniyalarındakı məhbuslar “Vaqner” özəl hərbi şirkətinə “könüllü” qismində cəlb olunmağa başlayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə “Vajnıye istorii” nəşrinə məhkumların yaxınları məlumat verib. “Əvvəlcə dedilər ki, təxminən 20 faiz qayıdacaq. Sonra isə, demək olar, heç kimin qayıtmayacağını. Sağ qalanlara 200 min rubl (6 100 manat – red.) məbləğində mükafat və amnistiya söz veriblər. Ölərsə, ailəsinə 5 …
Read More »Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb
Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Ağstafa rayon sakini, 1935-ci il təvəllüdlü Hayqaz Hacıməmməd oğlu Musayevi taksi fəaliyyəti göstərən avtomobil vurub. O, ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, orada dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.
Read More »Meksikada 7 nəfərlik ailə qətlə yetirilib
Meksikanın Verakruz ştatının Boka-del-Rio şəhərində qadınlar və bir uşaq daxil olmaqla 7 nəfərlik ailə qətlə yetirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli prokurorluğun mətbuat xidməti tviterdə bildirib. “Biri azyaşlı olmaqla üç qadın və dörd kişinin ölümü ilə bağlı cinayət işi açılıb”, – mətbuat xidməti vurğulayıb. Meksikada son illərdə qəsdən adam öldürmələrin sayı bir qədər azalıb. Hökumətin məlumatına görə, 2022-ci ilin …
Read More »Ukrayna Türkiyə və BMT ilə taxıl ixracının təhlükəsizliyi ilə bağlı danışıqlar aparır
Rəsmi Kiyev Türkiyə və BMT ilə Ukrayna taxılının ixracı üçün təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar aparır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Maqdalena Anderssonla görüşündən sonra deyib. “Həqiqətən də, biz hazırda Türkiyə tərəfi və BMT ilə limanlarımızdan çıxan taxılın təhlükəsizliyinə xüsusi cavabdeh olan nümayəndələrimizlə danışıqlar aparırıq. Bəzi ölkələrin gəmilərinin təhlükəsizliyinə güvənmədiyimiz Rusiya istisna …
Read More »Türkiyədə PKK-nın 2 terrorçusu zərərsizləşdirilib
Türkiyənin cənub-şərqində “Eren Abluka” əməliyyatının növbəti mərhələsi çərçivəsində PKK-nın iki terrorçusu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Antiterror əməliyyatının növbəti – 17-ci mərhələsi Şirnak vilayətinin Beytyuşşebap rayonu yaxınlığında həyata keçirilib. Əməliyyata xüsusi təyinatlı qruplar cəlb edilib, PUA-lardan istifadə edilib. Təhlükəsizlik qüvvələri silahlılardan iki ədəd M-16 tüfəngi və sursat götürüb. Bölgədə əməliyyatlar davam edir.
Read More »Baş Prokurorluq: Bakıda yaşayış binasının lifti qırılıb, xəsarət alan var
Baş Prokurorluq Bakıda yaşayış binasının lifti qırılması ilə bağlı məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib. Hazırda faktla bağlı …
Read More »Azərbaycan və İran XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb
İrana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Hüseyn Əmirabdullahian ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. C.Bayramov dəvətə və qonaqpərvərliyə görə təşəkkür ifadə edib. 2021-ci ilin dekabr ayında İran xarici işlər nazirinin Azərbaycana səfərini xatırlayan nazir, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələn inkişafına verdiyi töhfəni qeyd edib. Qısa zamanda, ölkə Prezidentləri arasında iki dəfə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar