Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Bu gün Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək

Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək. İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Eyni zamanda sammit çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri nəzərdə tutulub. Qeyd edək ki, iclasda Zirvəyə ev sahibliyi edən Türkmənistanın Prezidenti Sərdar Berdıməhəmmədov yanaşı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Rusiya …

Read More »

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,5 ABŞ dolları, yaxud 2,05 % artaraq 124,68 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 117,09 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti …

Read More »

Gəncə sakininin evindən partlayıcı maddələr tapılıb

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rəşad Abbasov saxlanılaraq PB-yə gətirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 1 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRQM” partlayıcı, 2 ədəd “Kalaşnikov” avtomatına məxsus …

Read More »

Azərbaycan Prezidenti Türkmənistanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfərə gedib. Boyukmillet.com xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

Türkmənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Türkmənistan Milli Gənəşinin (parlament) nümayəndə heyəti iyunun 30-da Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun göstərişi ilə baş tutacaq. Türkmənistan parlamentinin nümayəndələri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təmin edilməsində milli parlamentlərin rolunun artırılması” mövzusuna həsr olunan konfransda, həmçinin konfrans çərçivəsində keçiriləcək tədbir və görüşlərdə iştirak edəcəklər.

Read More »

Şuşada yabanı halda bitmiş narkotik tərkibli bitkilər məhv edilib

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Daşaltı kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 2350 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Read More »

MN: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”

İyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin …

Read More »

Almaniya və Niderland Ukraynaya daha altı haubitsa verəcək

Almaniya və Niderland Ukraynaya daha altı “Panzerhaubitze 2000” özüyeriyən haubitsa tədarük etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb. Qeyd edilir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristin Lambrextlə niderlandlı həmkarı Kaisa Ollonqren arasında NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində keçirilən görüşdə müzakirə aparılıb. Bundan əvvəl “Bild” qəzeti yazıb ki, Berlinin Kiyevə təhvil verdiyi “Panzerhaubitze 2000” …

Read More »

“Qış parkı”nın yaxınlığında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Qış parkı”nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti …

Read More »

Goranboyda avtomobillər toqquşub, ölən var

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Goran-Borsunlu yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq xəsarət alan 1972-ci il təvəllüdlü Kənan Kərimov dünyasını dəyişib. Digər yaralının vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »