Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Gender Azərbaycan” portalının təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin sədri Bahar Muradova, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və blogerlər iştirak ediblər. B.Muradova bildirib ki, portal gender məsələləri üzrə məsul şəxslər arasında koordinasiyanı və operativliyi gücləndirərək onların şəbəkələşməsini təmin etmək məqsədilə yaradılıb. …
Read More »Yearly Archives: 2022
Çin Azərbaycanla Azad Ticarət Sazişinə qoşulmasının üstünlüklərini açıqlayıb
Azərbaycan Çinlə Azad Ticarət Sazişinə qoşularsa, bunun ikitərəfli ticarətə, eləcə də investisiya əməkdaşlığına əhəmiyyətli təkan verəcək. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “Ticarət və İxracat Forumu”nda (TEF-2022) Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib. O bildirib ki, bundan əlavə, bu ildən Çin CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) çərçivəsində üzv ölkələrin müvafiq qurumları üçün elektron …
Read More »Ceyhun Bayramov ATƏT-in XİN başçılarının iclasında iştirak üçün Polşaya səfər edib
30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
Read More »Ekspert: “İran Güney Azərbaycanın sərvətlərini talan edir”
“İran hakimiyyətinin yürütdüyü yarıtmaz və Güney Azərbaycanın təbiətinə laqeyd siyasət nəticəsində Urmiyə gölü də quruyur”. Boyukmillet.com xəbər verir ki, bunu Güney azərbaycanlı ekspert Səttar Sevgin Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib. O qeyd edib ki, Urmiya gölünün qurudulması ilə bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında müxtəlif qurumlar …
Read More »Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Noyabrın 29-u saat 18:25-dən noyabrın 30-u saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Laçın rayonunun Hacılar yaşayış məntəqələri və Qaragöl istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 29-u saat 18:10-da …
Read More »NATO polkovniki: “Azərbaycan Silahlı Qüvvələri böyük tərəqqiyə nail olub”
Azərbaycan Silahlı Qüvvələri (SQ) böyük tərəqqiyə nail olub”. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Qərargahının (SHAPE) nümayəndəsi polkovnik İqor Tabulov-Truta Bakıda keçirilən “NATO günləri”ndə deyib. “Nail olduğu böyük tərəqqiyə görə Azərbaycan Silahlı Qüvvələrini təbrik etmək istəyirəm. Silahlı Qüvvələrin müxtəlif komponentləri Əməliyyat Potensialı Konsepsiyası sayəsində uğurla tam döyüş qabiliyyəti səviyyəsinə çatıb. Bu, böyük nailiyyətdir”, – polkovnik …
Read More »Zelenski: “Rusiya bu il 100 min əsgər itirəcək”
“Rusiya bu il 100 min əsgər itirəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib. Dövlət başçısı bildirib ki, cəbhədə vəziyyət çətin olaraq qalır, lakin Ukrayna qoşunları müdafiə xəttini saxlayır. Prezidentin sözlərinə görə, son dərəcə ağır itkilərə baxmayaraq, Rusiya işğalçıları hələ də Donbasda irəliləməyə, Luqansk vilayətində möhkəmlənməyə, Xarkov vilayətində hücuma keçməyə çalışırlar və cənubda hərəkət etmək …
Read More »“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 1 il ötür. Boyukmillet.com xatırladır ki, 2021-ci il 30 noyabrda saat 10:40 radələrində DSX-nin hərbi helikopteri “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, daha 2 nəfər yaralanıb. Həlak olan hərbi qulluqçuların …
Read More »Türkmənbaşıda Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammiti keçiriləcək
Bu il dekabrın əvvəlinə nəzərdə tutulan Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammitinin Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında keçirilməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq. Qeyd edək ki, …
Read More »Beynəlxalq təşkilat: Ermənistan hakimiyyətini uydurma işlərə son qoymağa çağırırıq
Dünyanın ən böyük və məşhur siyasi qruplarından olan Mərkəzçi Demokrat İnternasionalı (CDI) Ermənistan hakimiyyətini uydurma işlərə son qoymağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib. Mərkəzçi Demokrat İnternasionalı Ermənistanda demokratiyanın pisləşdiyini vurğulayıb. Qeyd edilib ki, təşkilat Ermənistanda son vaxtlar demokratiyanın tənəzzülü tendensiyasını böyük narahatlıqla izləyir. “Xüsusən, Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini (CDI-nin üzvü – red) Armen Aşotyana …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar