“Biz NATO-nun genişlənməsini dəstəkləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri mövlud Çavuşoğlu deyib. “Amma bizə hücum edən terroçunu dəstəkləyəndən müttəfiq olarmı?! Onlar da bizim narahatlığımızı başa düşməli və bu istiqamətdə addım atmalıdırlar. Finlandiya və İsveç narahatlıqlarımızın aradan qalxması üçün müsbət addımlar atmalıdırlar”, – o söyləyib.
Read More »Yearly Archives: 2022
Sabah Moskvada Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək
İyunun 3-də Moskvada regional kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən “news.am”a bildirilib. Qeyd edək ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılan işçi qrup sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.
Read More »Azərbaycanda gündəlik xam neft hasilatı 706 min barrelə çatdırılacaq
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 29-cu iclasında gündəlik neft hasilatının iyulda 432 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib. İyul ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 10 min barrel artırılaraq 706 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 12 min barrel həcmində olması nəzərdə …
Read More »Məhkəmə Rafael Cəbrayılovun cinayət işinə xitam verib
Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsin barəsində irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. R.Cəbrayılov vəfat etdiyi üçün ona cəza təyin olunmayıb, cinayət işinə bəraətverici əsaslar olmadan …
Read More »İB sədri: “Ölkənin qanunları hər bir vətəndaş üçün qanundur”
“Zəfər savaşının iştirakçıları bizim fəxrimizdir və biz millət olaraq nəhayət ki, başı dik gəzirik, şəhidlərin qanı yerdə qalmadı. Ancaq ölkənin qanunları hər bir vətəndaş üçün qanundur. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının daxilində baş verən xoşagəlməz halların səbəbi qazilərimizə narazılıqları ilə bağlı düzgün izahın verilməməsi səbəbindəndir”. Bu fikirləri “Report”a açıqlamasında “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai …
Read More »Bakıda Azərbaycan və Türkiyə parlamentləri sədrlərinin görüşü olub
İyunun 2-də Milli Məclisin sədri Sahibə Qafarova “İNCSOS-Qarabağ” VII Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün ölkədə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. S.Qafarova bildirib ki, Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresi akademik dairələrimizin birgə …
Read More »Azərbaycan Prezidenti Böyük Britaniya Kraliçasını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Eyni zamanda …
Read More »İlham Əliyev İtaliya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, İtaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Biz Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və onlara böyük əhəmiyyət veririk. …
Read More »Şəhid ailələri və qazilər üçün genişlənən sosial dəstək proqramları fonunda komissiyalara təzyiq cəhdləri – ŞƏRH
Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda böyük sosial dəstək paketi icra olunur. Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 100 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunub və onlara dəstək yönümlü 175 min xidmət göstərilib. Ötən dövr ərzində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin sosial təminat hüquqlarının çevik şəkildə reallaşdırılması təmin olunub. Onların müraciətinə, …
Read More »DİN tələbənin polislər tərəfindən döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) 17 yaşlı tələbənin polislər tərəfindən döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, mayın 31-də səhər saatlarında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları şəhər ərazisində xidmət apararkən Sosial və Aqrar-Texnoloji Kollecin qarşısındakı piyada keçidinin üzərində dayanaraq söhbət edən həmin kollecin tələbələri F.Xinqalov və 17 yaşlı Z.Z.-nin (ad, soy adı şərti) nəqliyyat vasitələri və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar