Abşeronda 22 yaşlı gənc kürəyindən bıçaqlanıb. Boyukmillet.com xəbər verir ki,hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Məmmədov Əkbər Namiq oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Read More »Yearly Archives: 2022
Pakistanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib
Azərbaycan Respublikasının Pakistandandakı səfirliyi İslamabadda yerləşən “Marriott” mehmanxanasında ölkəmizin 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirib. Səfirlikdən “Report”a verilən məlumata görə, Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasinin əsas qonaq qismində iştirak etdiyi qəbulda, bu ölkənin Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin, xarici ölkələrin …
Read More »Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür. Boyukmillet.com xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. Müstəqillik Günü artıq iki ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci …
Read More »Azərbaycanın Çindəki Səfirliyinin yeni binasının açılışı olub
Mayın 27-də Pekin şəhərində Azərbaycanın Çindəki Səfirliyinin yeni binasının açılışı olub. Bu barədə Azərbaycanın Çindəki Səfirliyindən məlumat verilib. Bu münasibətlə diplomatik korpusun Qarabağ zalında rəsmi qəbul təşkil edilib. Tədbirdə Çinin Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri və Çində akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak ediblər. Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun təbrik çıxışı videoformatda tədbir iştirakçıları üçün nümayiş etdirilib. Nazir çıxışında …
Read More »Prezidentin əfv sərəncamı 213 nəfərə şamil edilib
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza …
Read More »BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının bütün vətəndaşlarına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Tarixin bu qeyri-adi məqamı bizə vahid bəşər ailəsi kimi həmrəylik şəraitində çalışmaq zərurətini xatırladır. Hər bir ölkə öz milli sərhədlərindən daha uzaqlarda yaşanan cətinliklərin, o cümlədən COVID-19 pandemiyası nəticəsində …
Read More »Prezident İlham Əliyev 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının tviter səhifəsindəki paylaşımdakı fotonun üzərində bu sözlər yer alıb: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”. pic.twitter.com/w5NXwXRICB— İlham Əliyev (@azpresident) May 27, 2022
Read More »İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”
“O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına, bu tarixi də hər kəs yaxşı bilir. Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bunu biz hamımız yaxşı bilirik”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib. “O ki qaldı, 1923-cü ildə …
Read More »Prezident: “Ermənistan nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz”
Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. İndi Ermənistandakı vəziyyət göz qabağındadır. Əlbəttə, biz bu xarici amilləri nəzərə almalıyıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib. “Amma, eyni zamanda, bu, bizi dayandıra bilməzdi. Müharibənin ilk günlərindən son gününə qədər mən …
Read More »İlham Əliyev Zəngəzurun Azərbaycandan alınmasının tarixindən danışıb
“Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan bir neçə ay sonra Zəngəzur da bizim əlimizdən alındı. Bu tarixi də hər kəs bilməlidir, 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar