“İstənilən halda bütün ambutasiya halları müddətsiz əlillik təyinatı üçün səbəbdir”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib. O qeyd edib ki, yeni meyarlarda olan yeniliklərdən biri də fərqli kombinə olunan xəstəliklər üzrə əlillik dərəcəsinin ayrı aparılmasıdır: “Misal olaraq, danışıb-eşidə bilməyən şəxslərin müddətsiz olaraq əlillik təyinatı üçün dəyərləndirmə olacaq”.
Read More »Yearly Archives: 2022
“TEKNOFEST Azərbaycan” festivalı davam edir
Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı davam edir. Boyukmillet.com xəbər verir ki, “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçan aparatları havaya qaldırılıb. Daha sonra tədbirin təşkilatçısı olan “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin, qonşu ölkənin Sənaye və Texnologiyalar Nazirliyinin rəsmilərinin çıxışı baş tutub. Bundan sonra, 1 saatlıq müddətə qırıcı və təlim təyyarələrinin aviaşousu başlayıb.
Read More »Gələn il TÜRKPA-nın komitə iclası Şuşada keçiriləcək
Gələn il Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası Şuşa şəhərində keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib. O, parlament sədri Sahibə Qafarovaya müraciət edərək bildirib ki, iclasın may-iyun aylarında keçirilməsi nəzərdə tutulur: “Hörmətli sədr, bu məsələni sizinlə də müzakirə etməliyik”.
Read More »Belarus səfirliyi Azərbaycanı təbrik edib
Belarusun Azərbaycandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı səfirlik tviterdə paylaşım edib: “Belarus səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edir! Qoy bu bayram həmişə Azərbaycan dövlətinin sarsılmaz suverenliyinin, firavanlığının və xalqının rifahının rəmzi olsun”.
Read More »Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti iclası Tbilisidə keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VIII üçtərəfli iclası Tbilisidə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi Tbilisidə təqdim ediləcək.
Read More »Gürcüstan spikeri: “Türkiyə və Azərbaycanla üçtərəfli əməkdaşlığa böyük önəm veririk”
“Gürcüstan Türkiyə və Azərbaycanla üçtərəfli əməkdaşlığa böyük önəm verir”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisində Gürcüstan parlamenti ilə dostluq qrupunun rəhbəri Halil Etyemezlə görüşdə deyib. Tərəflər Gürcüstan və Türkiyə arasında müxtəlif sahələrdə sıx əməkdaşlığı müzakirə ediblər və qanunverici orqanlar arasında əlaqələrin intensivləşdirilməsini alqışlayıblar. Görüşdə regionda sülhün möhkəmləndirilməsi üçün atılmış addımlar da diqqət mərkəzində olub. Ş.Papuaşvili …
Read More »Azərbaycan voleybol millisinin hazırlıq planı bəlli olub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışının vaxtı dəqiqləşib. Boyukmillet.com xəbər verir ki, yığmanın baş məşqçisi Eldar Yusubov və komanda üzvləri ilə keçirilən iclasdan sonra mayın 30-da bir araya gəlinməsi qərara alınıb. Yığıncaqda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına, eləcə də AVRO-2023-ün təsnifat mərhələsinə hazırlıq planı dinlənilib və oyunçuların hazırkı vəziyyətindən danışılıb. Yusubov bildirib ki, komandanın hazırlığı iki …
Read More »Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlara hökm oxunub
Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədliyə hökm oxunub. Boyukmillet.com xəbər verir ki, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Tağızadə 1 il 5 ay 28 gün, Allahverdi Məmmədli isə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu ilin yanvar ayında sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin …
Read More »Selçuk Bayraktar Şuşaya gedib
Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar Şuşaya gedib. Boyukmillet.com xəbər verir ki, o, Cıdır düzündə olub.
Read More »“Azercell”in baş sponsorluğu ilə “TEKNOFEST Azərbaycan” festivalı keçirilir
Lider operatorun “Rəqəmsal Yaşam Studiyası”nda ziyarətçiləri əyləncəli proqram və bol hədiyyələr gözləyir Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və “Azercell Telekom” MMC-in baş sponsorluğu ilə “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı keçirilir. Bu möhtəşəm tədbirdə Azercell, həmçinin, xüsusi “Rəqəmsal Yaşam Studiyası” konsepsiyası ilə iştirak …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar