Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

“Şuşa – qürurum mənim!” devizi ilə ssenari müsabiqəsi elan edilib

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Şuşa – qürurum mənim!” devizi ilə ssenari müsabiqəsi elan edib. Boyukmillet.com xəbər verir ki, müsabiqənin keçirilməsinin məqsədi təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və süverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılmasına, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına, Türk Dünyasının mədəniyyət paytaxtı olan Şuşanın …

Read More »

Ərdoğan NATO-nu tənqid edib

“Duruşumuzu həmişə qoruyacağıq. Atdığımız hər addım kimi, xaricdəki bütün siyasətimizi bu anlayışla tətbiq edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Balkanlardan Afrikayadək, hər yerdə olduğu kimi, Suriyada, İraqda, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda, Ukraynadakı böhranlarda da həmişə bu yanaşma ilə hərəkət etmişik, hərəkət edəcəyik”, – dövlət başçısı bildirib. R.T.Ərdoğan NATO-nu fəaliyyətinə də toxunub. O vurğulayıb ki, …

Read More »

Rusiya “S-500” zenit-raket komplekslərini silahlanmaya daxil edib

“Rusiya Silahlı Qüvvələri “S-500” zenit-raket komplekslərini silahlanmaya qəbul etməyə başlayıb”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov söyləyib. O əlavə edib ki, ordu “Peresvet” lazer qurğuları ilə təmin edilir, onlar 1 500 km-ə qədər məsafədəki orbitlərdə düşmənin kəşfiyyat sistemlərini kor etmək imkanlarına malikdir.

Read More »

Sabah ölkədə temperatur 30 dərəcəyədək artacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 12-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 14-16° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. …

Read More »

Dövlət Turizm Agentliyi Tahir Əmiraslanovun vəzifədən çıxarılmasına münasibət bildirib

Dövlət Turizm Agentliyi Tahir Əmiraslanovun Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən çıxarılmasına münasibət bildirib. Agentliyin sədr müavini Azadə Hüseynova “Report”un sualına cavab olaraq bildirib ki, kadr dəyişikliyi ilə bağlı fikirlər müxtəlifdir. Onun sözlərinə görə, Tahir Əmiraslanov Azərbaycan kulinariyası üçün əməyi keçən kadrlandandır: “Bu gün və bundan əvvəl də ölkə kulinariyasına töhfəsini verən hər bir şəxslə işləməyə hazırıq və işləyirik. Bu istiqamətdə …

Read More »

Narkotik qaçaqmalçıları Azərbaycan sərhədçilərinə atəş açıb, saxlanılan var

Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər maddələrin və 4 000 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, may ayının 12-də saat 00:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti …

Read More »

Belarusun Baş naziri Azərbaycana gəlib

Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov qarşılayıb. R.Qolovçenko Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşəcək. Hökumət başçısı Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” istehsalat müəssisəsinə baş çəkəcək. Bundan başqa, səfər çərçivəsində Azərbaycan və …

Read More »

Rusiya Gürcüstanla quru sərhədini açıb

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin koronavirusla əlaqədar Gürcüstana girişə qoyulan məhdudiyyətləri ləğv edən sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncam Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub. Yeni sənədə əsasən, məhdudlaşdırıcı tədbirlər artıq Gürcüstana səfər edən Rusiya Federasiyası vətəndaşlarına şamil edilmir. Qeyd edək ki, Rusiya hökumətinin 27 mart 2020-ci il tarixli qərarı Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin …

Read More »

Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı şərtləri açıqlanıb

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün F-35 qırıcılarının istehsalı proqramına daxil ediləcəyini gözləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb. Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə F-35 beşinci nəsil qırıcı-bombardmançı proqramından kənarlaşdırmışdı. Ankara həmçinin israr edir ki, hər hansı yeni NATO namizədi həm Türkiyə daxilində, həm də …

Read More »