Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya yola düşüblər

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər. Boyukmillet.com-un xəbərinə görə, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar. Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədilər.

Read More »

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini intensiv atəşə tutub

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

“Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” deyən Rəşad Dağlını üzr istəməyə kim məcbur edib?

Masallıda toyda Rəşad Dağlı “sənəti naqruskadadı” qafiyəsində meyxana deyərkən belə bir misra istifadə etdi: “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı”. Bu gün isə Rəşad Dağlının üzr videosu yayıldı. O, videoda deyir ki, qafiyənin uyğunsuzluğu, tələskənlikdən fikrini düzgün ifadə edə bilməyib. Bu da dindarların qəzəbinə tuş gəlib. Doğrusu, dindarlar həmin qəzəbi harada ifadə ediblər, ondan xəbərim yoxdur, ola bilsin ki, birbaşa Rəşadın …

Read More »

“Xarı bülbül”Beynəlxalq musiqi festivalının müasir mədəniyyət tariximizdə ayrıca yeri var

Mədəniyyət, incəsənət hadisələri xalqı və dövləti bir-birinə bağlayan, bir-biri ilə doğmalaşdıran amillərdir. Dövlətçilik və ictimai maraqların uzlaşdığı, vəhdət təşkil etdiyi mədəniyyət hadisələrindən biri də V “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalıdır ki, Şuşada keçirilən bu festival milli mədəniyyət tariximizin ən qiymətli nümunələrindən biridir. Bu baxımdam “Xarı bülbül”Beynəlxalq musiqi festivalının müasir mədəniyyət tariximizdə ayrıca yeri var. 1990-cı ildən “Xarı Bülbül” festivalı beynəlxalq …

Read More »

MM sədri: “Ermənistan sülh müqaviləsinin imzalanması üçün real addımlar atmır”

“Azərbaycan əraziləri ən çox minalanan ölkələrdən biridir. Ancaq bununla bağlı beynəlxalq təşkilatlardan ən az maliyyə yardımı alan ölkədir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Milli Məclisin (MM) sədri Sahibə Qafarova deyib Onun sözlərinə görə, Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifini qəbul etdiyini bəyan edib: “Ancaq bununla bağlı real addımlar atmır”.

Read More »

Azərbaycan Baş nazirinin müavini İrana səfər edəcək

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətinə Energetika, Yüksək Texnologiyalar və Nəqliyyat, Xarici İşlər nazirlikləri, Gömrük Komitəsi, Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və digər qurumların məsul vəzifəli nümayəndələri daxildir. Səfər çərçivəsində nümayəndə heyətinin İranın Yol və Şəhərsalma Nazirliyi, Xarici İşlər Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı …

Read More »

VHP sədri Sabir Rüstəmxanlı ABŞ səfirliyinin diplomatları ilə görüşüb

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün partiyanın mətkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri xanım Kristin Herman Sinq və səfirin müşaviri Fil Tişyunu qəbul etmişdir. Görüşdə Azərbaycanda və bölgədə baş verən proseslər, parlament müxalifətinin fəaliyyəti, Azərbaycan-ABŞ əlaqələri, ölkədəki ictimai-siyasi vəziyyət, regional münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.

Read More »

Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan edilib

“Biz Ukrayna Kommunist Partiyasının qadağan olunması haqqında məhkəmənin, apellyasiya məhkəməsinin qərarını ötən həftə almışıq”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyusk mayın 17-də bildirib. Onun sözlərinə görə, 2015-ci ildə Ukraynada kommunist ideologiyası, simvollarının qadağan olunması haqqında qanun qəbul edilib: “Ancaq bu da Kommunist Partiyasının bağlanmasını sürətləndirməyə yardım etmədi. 2015-ci ildən başlayan 7 illik …

Read More »

İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı dəvəti qazaxıstanlı həmkarı ilə telefon danışığı zamanı edib. Dəvət məmnunluqla qəbul olunub. Qeyd edək ki, mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Read More »

Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin üçtərəfli görüşü olacaq

Bu ay Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin üçtərəfli iclasının keçirilməsi ilə bağlı ilkin razılıq əldə olnub. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildiriblər. Məlumata görə, bu ilin may ayında Azərbaycan, Ermənistan və Rusiya Baş nazirləri müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupun toplantısının keçirilməsinə dair ilkin razılıq əldə edilib. Görüşün dəqiq tarixi razılaşdırılır.

Read More »