“Azərbaycan Prezidenti İlham Əliyevin Rizə-Artvin Hava Limanının açılışında iştirakı, çıxışında qardaşlıq, həmrəylik və daha da gücləndirilmiş əməkdaşlıqdan bəhs etməsi, həmçinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsində Türkiyənin mənəvi və siyasi rolunu xüsusi vurğulaması Türkiyə ictimaiyyətində böyük təqdirlə qarşılanıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Antalyadan olan deputatı İbrahim …
Read More »Yearly Archives: 2022
Raket hücumuna məruz qalan Azərbaycan Konsulluğu fəaliyyətini bərpa edir
Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu bu gün fəaliyyətini bərpa edəcək. Boyukmillet.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib. Fəxri konsul bildirib ki, Rusiyanın raket atışları zamanı konsulluğun binasına zərər dəymişdi: “Biz konsulluqda bir otağı bərpa etmişik və bu gündən fəaliyyətə başlamağa qərar vermişdik. Yaxın 2 saat ərzində Fəxri Konsulluq Xarkov şəhərində fəaliyyətini bərpa …
Read More »Ukraynanı Qələbəyə aparan dəyərlər
Bəşər tarixinin minillik səlnaməsinə nəzər salsaq görərik ki, hər bir xalqın və millətin formalaşmasının kökündə fundamental milli-mənəvi dəyərlərin genetik kodları dayanır. Dünyanın inkişaf etmiş ölkələrinin dövlətçilik təcrübəsi onu deməyə əsas verir ki, bir millətin və cəmiyyətin inkişaf etdirilməsində ortaq milli, mənəvi dəyərlərin qorunması nə qədər mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Ukraynada ortaq milli mənəvi dəyərlərin, multikulturalizm, tolerantlıq və dini dözümlülüyün …
Read More »İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Nozirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etməkdir. Qeyd edək ki, sabah- mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üçüncü ümumi konfransı keçiriləcək. Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, …
Read More »Sabah Bakıda İƏTPA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək
Sabah – mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransı keçiriləcək. Boyukmillet.com-un xəbərinə görə, tədbirdə Azərbaycan, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər. İştirakçılar əvvəlcə İƏTPA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və …
Read More »Prezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycanın 11 rayonunda daha 15 modul tipli məktəblərin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ayırılıb. Maliyyə Nazirliyinə bu sərəncama uyğun olaraq maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək …
Read More »Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Bu gün Azərbaycanın ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyədə keçirilən görüşdə tərəflər Qarabağda Ermənistanın insan hüquqlarının pozulmasına dair hazırladığı hesabatı təqdim ediblər.
Read More »Telman Tahirli: “Rusiya azərbaycanlıları bilməlidirlər ki…”
“Çoxu elə bilir ki, diaspor təşkilatı pul qazanmağa yaxşı platformadır, amma…” Boyukmillet.com Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirlinin “Diaspornews.az“a müsahibəsini təqdim edir: -Telman müəllim, biz sizi təkcə dispor təşkilatı sədri kimi deyil, həm də bir jurnalist, tərcüməçi olaraq tanıyırıq. Amma istərdik oxucularımız da sizin özünüz və fəaliyyətiniz haqda məlumatlı olsun…-Mən, Hacəliyev Telman Tahir oğlu – azərbaycanlıyam, 14 yanvar 1978-ci ildə Dərbənd …
Read More »Qırğızıstan parlamentinin sədr müavini Azərbaycana gəlib
Bu gün Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Bu barədə Milli Məclisdən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında Qırğızıstan parlament nümayəndə heyətini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, …
Read More »Nikol Paşinyan Moskvada işgüzar səfərdədir
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Hökumət başçısı Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin toplantısında iştirak edəcək. Onun səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşünün olacağı gözlənilir. Qeyd edək ki, KTMT-yə bu il Ermənistan sədrlik edir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar