“Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da Türkiyənin yanındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 23-də Türkiyənin vitse-prezidenti Fuat Oktayla telefon danışığı zamanı bildirib. Telefon danışığı əsnasında Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, yaralananların tezliklə sağalması, zəlzələnin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması arzulanıb. Türkiyənin vitse-prezidenti göstərilən diqqətə görə …
Read More »Yearly Archives: 2022
İlham Əliyev Belqraddakı Taşmaydan parkında Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət edib
Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı abidələrin önünə əklil qoyub. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub. Dünya …
Read More »Serbiya Prezidenti: “Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndiririk”
“Biz Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndiririk və bu mövqeyə çox hörmətlə yanaşırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı çıxışında deyib. Onun sözlərinə görə, vətəndaşlar arasında əlaqələr inkişaf edir: “Dostluğumuz həm Sizin, həm də bizim tərəfdə görülən konkret işlərdə öz təzahürünü tapıb. Serbiyanın ərazi bütövlüyünə hər zaman verdiyiniz dəstəyə …
Read More »İlham Əliyev: “Serbiyaya böyük nümayəndə heyəti ilə gəlmişəm”
“Serbiyaya böyük nümayəndə heyəti ilə gəlmişəm”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü zamanı deyib. “Gözəl ölkənizdə olmaqdan və fəal dialoqumuzu davam etdirməkdən çox məmnunam. Biz beynəlxalq arenada, bəzi beynəlxalq tədbirlərdə tez-tez görüşürük. Telefonla əlaqə saxlayırıq. Bir sözlə, əlaqədəyik. Biz ikitərəfli əlaqələrimizin inkişafına hər zaman töhfə veririk. Hazırda onların …
Read More »“Fransada baş qaldıran islamofobiya siyasəti elə bu ölkənin özü üçün də yaxşı heç nə vəd etmir”
Samir Adıgözəlli: “Həmin məscidin divarlarına yazılanları islama qarşı nifrətin təzahürü kimi qiymətləndirmək olar” Fransa türkəfobiyanın və islamofobiyanın tüğyan etdiyi ölkə kimi özünü göstərməkdədir. Bu dövlətin siyasəti bütövlükdə anti-türk, anti-islam mövqeyi ilə seçilir və vaxtaşırı olaraq İslam və türk dünyasına qarşı bu ölkədən hədyanlar eşidirik. İslam dini, məsdidlərlə bağlı göstərilən davranışlar da göz önündədir. KİV-lərin yaydığı məlumata görə, Orne departamentinin Fler …
Read More »Azərbaycan və Serbiya prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb
Azərbaycan və Serbiya prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib. “Bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum Aleksandar (Serbiya Prezidenti Aleksandar Vuçiç – red.) dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün …
Read More »Prezident: “Azərbaycanın zəngin qaz resursları bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır”
“Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında deyib. Dövlət başçısı qeyd edib ki, ilk növbədə biz dost ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik.
Read More »“Yuxarı Gövhərağa məscidi” adlı sənədli film hazırlanıb
Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Yuxarı Gövhərağa məscidinə həsr olunmuş “Yuxarı Gövhərağa məscidi” sənədli filminin təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri və başqa qonaqlar iştirak edib. Filmin ssenari müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov, rejissoru kinematoqrafçı Amil Amaldır. Çıxış edən F.İsmayılov məscidin tarixi və erməni vandallığına məruz qalması ilə bağlı …
Read More »Bakıda insan alverində təqsirləndirilən qadınla bağlı hökmün icrasına 9 ildən sonra baxılacaq
Bakıda insan alverində təqsirləndirilən Elnarə Məmmədovaya hökm oxunub və o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Lakin onun himayəsində 5 yaşlı övladı olduğu üçün hökmün icrası təxirə salınıb. E.Məmmədovanın övladının 14 yaşı tamam olduqda hökmün icrasına yenidən baxılacaq. …
Read More »Türkiyə XİN başçısı: “İkinci Qarabağ müharibəsindən sonra baş verənlər bəzi münaqişələrin “dondurulduğu”nu göstərdi”
“İkinci Qarabağ, həmçinin Ukraynadakı müharibədən sonra baş verənlər bəzi münaqişələrin həllinin “dondurulduğu”nu göstərdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, dünyadakı toqquşmaların 60 faizi Türkiyənin yer aldığı coğrafiyadadır. M.Çavuşoğlu bildirib ki, müasir diplomatiyada böhranlarla siyasi sistemlər bir-birini əvəz edir: “Proseslər çox sürətlə inkişaf edir. Bəzən bütün prosesləri izləməyi çatdıra bilmirik”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar