“Azərbaycan Qarabağın hazırda bərpa işlərinin aparıldığı hissəsinə qaz kəməri çəkməyi planlaşdırır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə Qarabağa neft və qaz tədarükünə dair suala cavab verərkən bildirib. Dövlət başçısı bölgədə artıq 20 mVt gücündə elektrik stansiyasının istismara verildiyini, cari ildə daha 25 mVt gücündə stansiyanın istifadəyə veriləcəyini diqqətə …
Read More »Yearly Archives: 2022
Düşənbədə Ceyhun Bayramovla Mirzoyanın görüşü ola bilər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 13-də rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşə bilər. Boyukmillet.com xəbər verir ki, görüşün MDB XİN başçılarının Tackistanın paytaxtı Düşənbədə keçiriləcək iclası çərçivəsində baş tutması ehtimal olunur. Qeyd edək ki, bu gün S.Lavrovla A.Mirzoyan arasında telefon danışığı olub. Tərəflər sərhədlərin demarkasiyası və delimitasiyası üzrə üçtərəfli komissiyasının fəaliyyətini müzakirə ediblər.
Read More »İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Müqəddəs Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və …
Read More »Dövlət başçısı: “Azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, məscidlərimizdən azan sədaları yüksəlir”
“Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir”. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində əksini tapıb. “Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz …
Read More »Bakıda 26 hərbçiyə qarşı dələduzluq edən həkim həbs olunub
Bakıda 26 hərbçiyə qarşı dələduzluq edən həkim həbs olunub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırma nəticəsində Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi Natəvan Məmmədovanın həmin Poliklinikada işlədiyi dövr ərzində müayinələrdən keçmiş hərbi qulluqçuların guya qanında şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib cavabların müsbət yazılması müqabilində …
Read More »Prezident: “Müharibə dövründə Rusiyadan Ermənistana silah tədarükünün yollarını izləyirdik”
“Ermənistanda Qarabağdakı müharibəyə Rusiyanın müdaxilə edəcəyinə dair böyük gözləntilər vardı, amma belə olmadı. Çünki Azərbaycan öz ərazisində vuruşurdu”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib. Dövlət başçısı qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından istifadə edərək onları da münaqişəyə çəkməyə çalışıb. Amma həmin təşkilatın mandatı …
Read More »Türkiyənin Azərbaycandakı səfiri Qarabağda olub
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qarabağa gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində yazılıb. “Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycandakı diplomatik missiyalar üçün təşkil etdiyi Ağdam səfərinə qatıldıq. Beləliklə, işğal vaxtlarındakı təxribatlar və zəfərdən sonrakı yenidənqurma işləri ilə ağlı məlumat aldıq”, – paylaşımda bildirilib.
Read More »Ceyhun Bayramov: “Ermənistanla danışıqların birinci mərhələsinə hazırıq”
“Azərbaycan Ermənistanla danışıqların birinci mərhələsinə başlamağa hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib. “Müsbət nəticəyə ümidvarıq. İndiki və bir il əvvəlki ab-havanı müqayisə etsək, müsbət dəyişikliklər görürük” – deyən nazir qeyd edib ki, Ermənistan tərəfi heç də həmişə mövqeyində sabit deyil: “Müəyyən …
Read More »İlham Əliyev: “Qarabağın yaşıl enerjinin inkişafı üçün əhəmiyyətli potensialı var”
“İlkin məlumata görə, azad edilən ərazidə 9 200 meqavatt günəş və külək enerjisi potensialı var”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə söyləyib. “Artıq 20 meqavatlıq stansiya istifadəyə verilib, bu il daha 25 meqavatlıq stansiya istifadəyə veriləcək, amma bunlar yalnız su elektrik stansiyalarıdır, burada hidroenergetikanın daha böyük potensialı …
Read More »Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, parlamentin mayın 5-də keçiriləcək iclasının gündəliyinə 20 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında. 2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar