Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

Sabir Rüstəmxanlı Nobel Mükafatına namizəd olsun – “Ədəbiyyat qəzeti”

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının Nobel Mükafatına namizədliyinin irəli sürülməsi təklif olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məlumat “Ədəbiyyat qəzeti”nin son sayında dərc olunub.İsveçdə yaşayan Ədəbiyyatşünas alim Səadət Kərimi bununla bağlı geniş məqalə yazıb və Sabir Rüstəmxanlının bu mükafata layiq olduğunu əsaslandıramağa çalışıb.Həmin məqaləni olduğu kimi təqdim edirik: Sabir Rüstəmxanlı ədəbiyyatını Nobel Mükafatına irəli sürək!“Ömür kitabı” (1988) əsərinə …

Read More »

Azərbaycan lideri: “Fransa Ermənistana himayədarlıq edir, onlar bir-birinə bacı deyirlər”

“Fransa Ermənistana indi himayədarlıq edir, onlar bir-birinə bacı deyirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib. “Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa …

Read More »

İsrail Rusiyaya nota verib

İsrail İranla hərbi əməkdaşlıq etdiyinə görə Rusiyaya etiraz notası verib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb. Bildirilib ki, İsrail Xarici İşlər Nazirliyi İran və Rusiya arasında hərbi əməkdaşlığa etiraz edib və İsrailin Moskvadakı səfiri bununla bağlı müvafiq notanı Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanova təqdim edib. Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Qərargahının rəhbəri Eyal Hulata …

Read More »

İlham Əliyev Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədri Aktam Xaitovu qəbul edib. Boyukmillet com xəbər verir ki, Aktam Xaitov Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevi öz adından və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin adından təbrik edib, Özbəkistanın dövlət başçısının xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. Aktam Xaitov Prezident Şavkat Mirziyoyevin Azərbaycan ilə …

Read More »

Türkiyə lideri Suriya və İraqdakı vəziyyətlə bağlı Ağ evi tənqid edib

“Biz Suriya və İraqdakı yeni əməliyyatlar barədə nə Rusiya Prezidenti Vladimir Putin, nə də ABŞ Prezidenti Cozef Baydenlə danışdıq. Bizim bu regionda hər an oxşar addımları ata biləcəyimizi ikisi də bilir”. Boyukmillet.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Ərdoğan Ağ evi sərt tənqid edib: “Biz NATO daxilində ABŞ-la müttəfiqik. …

Read More »

Ərdoğan YAP-ın 30 illik yubileyi münasibətilə İlham Əliyevi təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, məktubda deyilir: “Cənab Prezident, əziz qardaşım, Yeni Azərbaycan Partiyasının qurulmasının 30 illiyi münasibətilə bütün YAP üzvlərini və qardaş Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin yaratdığı YAP ilk …

Read More »

Diasporanın pulları hansı baravan şirkət vasitəsi ilə yuyulur?

Azərbaycan Diasporası yoxsa “Elegant Travel Destination Management Company”? Bu Travel şirkətinin adı heç kimə tanış gəlməsə də Azərbaycan Diaspora üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradova yaxşı məlumdur. Sözügedən “Travel” şirkətini illərdir sirr kimi saxlayan Fuad Muradov diasporanın fəaliyyətinə də qara pərdə endirir. Muradov hesab edir ki, Azərbaycan Xalqının gözünə “V Qurultayı” kül kimi üfürərək, pərdə arxasından “Elegant Travel” şirkətində qaz …

Read More »

Dənizin və yolların işğalı : Saleh Məmmədovun “qudalar komandası”

Hakimiyyətin başlatdığı kadr dəyişikləri bütövlükdə iqtidar komandasını diqqət mərkəzinə gətirib. Dəyişikliklərdən həvəslənən ictimaiyyət artıq təkcə yaşlı məmurların deyil, əhalinin ən çox narazılıq etdiyi sahələrə rəhbərlik edən bürokratların, eyni zamanda qohum çinovniklərin də “ishlahat dalğası”nda “əridilməsini” istəyir. İqtidar komandasında qohum məmurların sayı o qədər də az deyil. Bu isə idarəetmədə müəyyən problemlərin yaranmasına səbəb olur. Bu yazımızda cumhuriyyet.az olaraq Azərbaycanın quru …

Read More »

Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb aradan qaldırılır

Azərbaycanda seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyaların ləğvinə dair tələb aradan qaldırılır. Boyukmillet.com-un xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb. Layihədə bununla bağlı müddəa əksini tapmayıb. Qanun layihəsinin ilkin versiyasında qeyd edilmişdi ki, Milli Məclisin deputatlarının, Azərbaycan Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı …

Read More »