Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Kipr rum administrasiyasının rəhbəri Nikos Anastasiadisin faktları təhrif edən və məntiq səhvləri ehtiva edən yanaşmasının Ukrayna ilə Rusiya arasındakı müharibədən öz siyasi məqsədləri üçün istifadə etməklə dolu olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, Prezident Tatar, “Belə bir yanaşmanın regional və qlobal sabitliyə xidmət etməyəcəyi açıqdır” deyib. Prezident Tatar verdiyi yazılı açıqlamada rum …
Read More »Yearly Archives: 2022
Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
Qarabağda qanunsuz erməni silahlı birləşmələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində atəşkəsi pozub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Məlumata görə, itki yoxdur.
Read More »Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın ruhlarına ehtiram məqsədilə anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidləri Emin Musayev, Adil Əliyev və Əli Həsənovun xatirəsinə həsr olunan mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda …
Read More »Azərbaycan Ordusunda döyüş sursatlarının utilizasiya prosesi davam edir
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Boyukmillet.com xəbər verir ki, döyüş sursatlarının utilizasiya prosesi 18.04.2022-ci il tarixdən 23.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Read More »İCOMOS-un vitse-prezidenti Ağdam şəhərinə səfər edib
Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti İCOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyası) vitse-prezidenti Zeynəb Gül Ünal ilə birgə Ağdam şəhərinə səfər edib. Boyukmillet.com xəbər verir ki, səfərdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin …
Read More »Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub – SİYAHI
Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİN) həbsdə olan sabiq başçısı Ceyhun Cəfərovun rüşvət aldığı epizodların bəziləri məlum olub. “Report”un əldə etdiyi məlumata görə, cinayət işinin materiallarında qeyd edilib ki, o, 2014-cü il aprelin 16-dan 2020-ci il avqustun 20-dək Kürdəmir RİH-in keçmiş birinci müavini Tacəddin Novruzov və İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin sabiq …
Read More »Xarkovun mərkəzi raketlərlə atəşə tutulub, ölənlər var – VİDEO
Rusiya hərbçiləri bazar günü, aprelin 17-də Xarkovu raket atəşinə tutub. Şəhərin mərkəzi hissəsi zərər çəkib və atılan mərmilər nəticəsində yanğınlar baş verib. Boyukmillet.com bildirir ki, bu barədə məlumatları “Suspilnı“yə vilayət hərbi idarəsinin Səhiyyə Departamentinin direktoru Maksim Xaustov verib. Məlumata görə, 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Xilasedicilər hadisə yerindədir. Sizə təqdim etdiyimiz video yerli Telegram kanallarında yayılıb, hücum zamanı çəkilmişdir. …
Read More »Avropa Azərbaycanlıları Konqresinin Baş Katibi: “Finlandiyada artıq həyəcan siqnalları çalınır”
“Qalib dövlətik, nəyin etirazını edirik?” Boş parlamet binasının qarşısında etiraz aksiyası etməkdənsə… Avropa Azərbaycanlıları Konqresinin Baş Katibi, Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədri Arzu Oqtay Medianews.az-ın qonağı olub. O, bizimlə söhbətində Vətən Müharibəsində qazanılmış tarixi qələbə, müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlərdən danışdı. – Hazırda Ukrayna-Rusiya münasibətləri bütün düyanın diqqətindədir. Finlandiya vətəndaşları bu məsələyə necə yanaşırlar? – Bu …
Read More »“Yalnız Şuşanın təbliğinə töhfə verən QHT-lərin layihələri qrant əldə edə biləcək” – Agentlik rəhbəri
Aygün Əliyeva: “Bəzi QHT-lərin öz daxilində islahatlar aparmamısını, fəaliyyətlərində yeni yanaşmaların tətbiq edilməməsini…” 4-5 aprel 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Şuşa şəhərində iki günlük səfərdə olub. Səfər zamanı tədbirlər keçirilib. Musavat.com QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevadan bu səfər haqda, Şuşada keçirilən iki günlük tədbir barədə müsahibə götürüb. – Rəhbəri olduğunuz Qeyri-Hökumət Təşkilatlarına …
Read More »Gürcüstanın mədəniyyət xadimlərinin Gəncəyə səfəri başlayıb
Gürcüstanın 21 nəfər mədəniyyət xadimindən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, onlar İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkəcəklər. Gürcüstanlı qonaqlara Ermənistanın törətdiyi terror barədə məlumat veriləcək. Daha sonra Dram Teatrında gürcüstanlı müğənnilərin ifadəsində kiçik konsert proqramı təşkil olunacaq. Gürcüstanın mədəniyyət xadimləri Ağdam şəhərinə də səfər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar