Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

11 yaşlı azərbaycanlı Putinə müraciət etdi: Müharibəni dayandırın – VİDEO

Ukraynanın Kiyev şəhərində yaşayan 11 yaşlı azərbaycanlı uşaq Yusif Aslanov Rusiya prezidenti Vladimir Putinə müraciət edib.  Boyukmillet.com xəbər verir ki, 11 yaşının olmasına baxmayaraq, indiyədək iki müharibənin şahidi olub.  11 yaşlı uşaq 2020-ci ildə Azərbaycanda olduğu müddət erməni terroristlərinin Qarabağdakı müharibəsini də Rusiyanın prezidentinə xatırladıb. O, aprelin 24-ü Rusiyanın Kiyev şəhərini bombardman etməsinin sədaları altında yuxudan oyandığını və həmin müharibə …

Read More »

ABŞ Ukraynada silah çatışmazlığından narahatdır

ABŞ administrasiyası Ukraynanın artilleriya döyüş sursatlarının tükənəcəyindən narahatdır və buna görə də ölkəyə silah-sursat tədarükünün artırılması zərurətini müzakirə edir. Bu barədə Boyukmillet.com “CNN”ə istinadən xəbər verir. Qeyd olunub ki, yaxın gələcəkdə Ukrayna ərazisində Rusiya ordusunun bölmələrinə qarşı şiddətli yerüstü döyüşlər baş verəcək, ona görə də Ukrayna hərbçilərinə sursatların tez çatdırılmasına ehtiyac var.

Read More »

Ağsuda avtomobilin sükanı kilidlənib, ailə qəzaya düşüb

Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Hümbətov Fərid Hüseyin oğlu idarə etdiyi” Niva” markalı avtomobillə hərəkətdə olarkən sükan qəfildən kilitlənib. Nəticədə F. Hümbətov idarəetməni itirdiyi üçün avtomobil qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə zamanı sürücünün həyat yoldaşı, 1986-cı il təvəllüdlü Hüseynova Brilliant Ərəstun …

Read More »

Bakıda mənzildə kişi meyiti aşkarlanıb

Bakıda mənzildə kişi meyiti aşkarlanıb. Bu barədə Boyukmillet.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Teliyev Arif …

Read More »

Bakıda hücuma məruz qalan 54 yaşlı qadının əli sınıb

Bakıda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Əliyeva Firuzə Gülbala qızı tanımadığı şəxsin hücumuna məruz qalıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov və Ukraynanın tikinti naziri Aleksey Çernışev arasında görüş olub

Görüş Qəhrəman şəhər Axtırkada mer Pavel Kuzmenkonun iştirakı ilə dağıdılmış Şəhər Şurasının binası yaxınlığında baş tutub. Boyukmillet.com xəbər verir ki, bu gün Əfqan Salmanov və Aleksey Çernışev Ukrayna şəhərlərində döyüşlər zamanı dağılmış infrastruktur obyektlərinin yenidən qurulmasına Azərbaycan investisiyalarının cəlb edilməsi imkanlarını müzakirə ediblər. Xüsusilə Qəhrəman şəhər Axtırkadakı Diyarşünaslıq Muzeyinin və Qəhrəman şəhər Xarkovdakı Azərbaycan Respublikasının Fəxri Konsulluğunun binaları barədə danışıblar. …

Read More »

Tanınmış jurnalist Subut Mehdiyev Mərkəz sədri seçildi

Tanınmış jurnalist 2006-cı ildən nəşr olunan “Aydın Fikir” ictimai–siyasi qəzetinin, azia.az saytının təsisçisi və baş redaktoru Subut Mehdiyev “İnsan hüquqlarının müdafiəsi və ekologiyanın qorunması mərkəzi” İB-nin Yasamal rayon Mərkəzinin sədri seçilib. Subut Mehdiyev son dövrlər 44 günlük müharibənin qəhrəmanlarının tanıdılmasında vacib işlər görür. Onun Mərkəzi Elmi Kitabxananın “Qarabağ müharibəsi qəhrəmanları fondu”na daxil olunmuş “Zəfər tarixinin qəhrəmanları” kitabı Birinci və İkinci …

Read More »

Samir Adıgözəlli: “İndi Paşinyan çalışır ki, bu reallıqları Ermənistan cəmiyyətinə qəbul etdirə bilsin”

Ermənistanın baş naziri Nikol Paşinyan maraqlı açıqlama ilə çıxış edib. O, Qarabağ məsələsi ilə bağlı danışarkən deyib ki, erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır: “Bu gün bizə deyirlər ki, Qarabağı təslim etmişik. Əgər Qarabağı təslim etmək istəsək, Serj Sarkisyanın danışıqlarının məntiqini davam etdirərdik. Beləliklə də, Qarabağı verərdik”.  Baş nazir iddia edib ki, müharibə Şuşa uğrunda aparılıb. Ermənistan hakimiyyəti müharibəni …

Read More »

Deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zəfərlərə doğru inamla irəliləyir

Bu ilin birinci rübünün yekunlarının nəticələri ölkəmiz üçün uğurlu oldu. Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə səsləndirilən fikirlər, statistika onu deməyə əsas verir ki, ölkəmiz dinamik inkişaf yolunda inamla addımlayır. Boyukmillet.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım söyləyib. Deputat bildirib ki, Prezident İlham Əliyev müşavirədə …

Read More »

Mariupoldan təxliyə olunmuş soydaşımız: “Xalam qızının qorxudan ürəyi partladı” – VİDEO

“Xalam qızının qorxudan ürəyi partladı, 20 gündən çoxdur meyiti küçədədir. Mən Azərbaycan diaspor təşkilatlarının köməyi ilə Mariupol şəhərindən çıxdım, Vətənə gəlirəm”. Boyukmillet.com  xəbər verir ki, Ukraynadan təxliyə olunmuş soydaşımız Aybəniz İbrahimova və Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov Diaspor TV-yə danışıblar.

Read More »