TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub. Boyukmillet.com xəbər verir ki, 70 yaşlı Nağıyev Bəkir Hüseyn oğlu adıçəkilən posta gətirilib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, 70 yaşlı Bəkir Nağıyev uzun müddət Tərtər rayonunda Əlilliyin Təyinatı üzrə Həkim Komissiyasının sədri vəzifəsində çalışıb. Həkimlər Şurasının sədri olub. Bildirilir ki, Bəkir Nəbiyevin buradakı …
Read More »Yearly Archives: 2022
Mediasiya Şurası və AQC əməkdaşlıq barədə razılığa gəldilər
Mediasiya Şurasının rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüş keçirilib Mediasiya Şurasında qonaq olan AQC sədri Vüqar Orucu, sədr müavinləri Ramil Osmanlı və Fərid Rüstəmovu, Hüquq və qiymətləndirmə standartları departamentinin rəhbəri Şükür Hüseynovu salamlayan şuranın sədri Nadir Adilov bildirib ki, ölkə mediatorları və qiymətləndiriciləri arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi ehtiyac var. O qeyd edib ki, 2019-cu il tarixdə “Mediasiya …
Read More »Elnur Əliyev Şuşa Qoruğunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb
Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvləri siyahısından çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Eyni zamanda, Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Müşahidə Şurasına yeni üzv təyin olunub. Qeyd edək ki, noyabrın 3-də Elnur Əliyev mədəniyyət nazirinin …
Read More »Xalid Əhədov Prezidentin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib
Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə X.Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
Read More »Azərbaycanda helikopter 1 milyon manata özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda “Airbus Helicopters EC-135P2” markalı helikopter ilkin start qiymətinə – 1 milyon manata özəlləşdirilib. Boyukmillet.com xəbər verir ki, buraxılış tarixi 2009-cu il olan helikopterin uçuş müddəti 90 saatdır. Bundan başqa, hərracda “Yevlax Tikinti Servis” SC-nin 30,12%-lik səhm paketi və 29 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər …
Read More »Prezident: “Biz Şərq Tərəfdaşlığı proqramını Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab edirik”
“Biz Şərq Tərəfdaşlığı ilə bağlı yeni imkanların nədən ibarət olduğunu nəzərdən keçirməliyik. Azərbaycan bu proqramı və platformanı üzv ölkələr arasında əməkdaşlıq deyil, Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab edir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə söyləyib. Şərq Tərəfdaşlığına üzv olan …
Read More »Azərbaycan lideri: “Mən bu gün onların sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edirəm”
“Siz Ermənistana səfərinizi və orada Ermənistan rəhbərliyindən sülh mesajı aldığınızı qeyd etdiniz. Biz işğalın davam etdiyi bütün illər ərzində bu mesajları eşitmişik. Lakin onlar səmimi deyildi. Biz də sülh arzulayırdıq, lakin torpaqlarımızı geri istəyirdik. Onlar isə torpaqları geri qaytarmadan sülh istəyirdilər. Fərq bunda idi. Beləliklə, biz münaqişəni güc yolu ilə, daha sonra isə siyasi vasitələrlə həll etməli olduq. Mən bu …
Read More »İlham Əliyev: “Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”
“Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən deyib. “Bizə Ermənistan hökumətinin öz gündəliyi …
Read More »Azərbaycan Prezidenti: “Avropa İttifaqı ilə saziş üzərində iş uğurla, lakin ləng gedir”
“Bizə gəldikdə, biz, eyni zamanda, Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli əsasda fəal işlədik. Üzv ölkələrin doqquzu ilə biz strateji tərəfdaşlıq haqqında bəyanat, yaxud saziş imzalayıb və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiridir. Hesab edirəm ki, Azərbaycan Şərq Tərəfdaşlığı qrupuna daxil olan nadir ölkədir ki, öz strateji hədəfinə həqiqətən nail olub. Beləliklə, bu, yaxşı platformadır və biz onu …
Read More »Türkiyə hərbçisi İraqda şəhid olub
Türkiyə Silahlı Qüvvələrinin baş çavuşu Sinan İnak İraqda şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, terrorçular Türkiyə hərbçilərinə atəş açıb. Nəticədə S.İnak şəhid olub. Hadisə “Pençe-Kilit” bölgəsində baş verib. Qeyd edək ki, Türkiyə hərbçiləri İraqın şimalında “Pençe-Kilit” adı altında antiterror əməliyyatı keçirirlər.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar