Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı təklif edir

Azərbaycan, Əlcəzair və ya Norveç ilə təbii qazın təchizatı üzrə yeni uzunmüddətli sazişin bağlanması qazın dünya bazarında qiymətinin aşağı düşməsinə səbəb olacaq. Boyukmillet.com Avstriya KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstriyanın enerji tənzimləyicisi “E-Control”un rəhbəri Volfqanq Urbançiç bildirib. “Rusiya qəfildən qaz xətlərini kəsərsə, təbii qaz anbarlarının cəmi 12 % dolu olan Avstriya nə vaxta qədər tab gətirə biləcək? Hazırda saxlanc yerlərinin …

Read More »

Ukrayna MN rəsmisi: “Xerson bu gün nəzarətimiz altına keçə bilər”

Rusiyanın ələ keçirdiyi Xerson şəhəri bu gün Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altına keçə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikovun müşaviri Markian Lubkivski “BBC Radio 4”un efirində danışıb. “İnanıram ki, bu gün şəhər tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olacaq. M.Lubkivski əlavə edib ki, Ukrayna Ordusu son iki gündə Kiyev vilayətində əməliyyatı başa çatdırıb: “Buna …

Read More »

Rəsmi Kiyev: “Rusiya azərbaycanlıları Krıma deportasiya etmək istəyir”

“Xersonda Rusiya işğalçıları azərbaycanlıları və Axısqa türklərini zorla deportasiya etməyə hazırlaşır. Onları Krıma köçürmək niyyətindədirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk brifinqdə söyləyib. “Əldə olan məlumata görə, işğalçılar nümayiş aksiyası planlaşdırıblar. Onlar Xersondan etnik erməniləri, azərbaycanlıları və Axısqa türklərini zorla Ukraynanın işğal olunmuş Krım yarımadasına sürgün etməyə hazırlaşırlar”. Kiyev …

Read More »

Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib

Ukraynada Rusiya hərbçilərinin girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib. “Report”un Muğan bürosunun məlumatına görə, əslən Neftçala rayonundan olan Hüseyn Abdullayevin valideynləri onun azad olunması üçün rəsmi qurumlara müraciət ediblər. Tələbənin atası Amin Abdullayevin verdiyi məlumata görə, dünən axşam saatlarında oğlu ilə əlaqə saxlaya bilib. Oğlunu saxlayan adamlar bildiriblər ki, Hüseynlə normal davranırlar, amma yerini deyə bilməzlər: “Hüseyn özü də …

Read More »

Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlanıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb. Bildirilib ki, indiyədək 16 400 hərbçi zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 575 ədəd tankı, 1 610 ədəd zirehli döyüş maşını, 293 ədəd artilleriya sistemi, 91 ədəd havadan müdafiə sistemi, 51 ədəd zenit kompleksi, 117 ədəd …

Read More »

Qurban Qurbanov və Elnurə Məmmədova feyr-pley mükafatına namizəddir

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası feyr-pley mükafatı üçün hələlik iki namizəd müəyyənləşdirib. Bu barədə komissiyanın sədri Xəzər İsayev məlumat verib. Onun sözlərinə görə, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov və Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (55 kq) bu mükafata namizəddir. İsayev 50 yaşlı mütəxəssisə bir neçə dəfə feyr-pley mükafatı təqdim etdiklərini xatırladıb: “Bu mükafatı Qurbanova yenə verməyə hazırıq. …

Read More »

Prezident İlham Əliyev Şarl Mişeli təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Mişel, Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf edir. Ötən il Sizin Azərbaycana səfəriniz əsnasında apardığımız müzakirələri, Brüsseldə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayıram. Azərbaycan və Ermənistan arasında …

Read More »

Yaxın iki gün ərzində temperatur yüksələcək, külək əsəcək

Yaxın iki gün ərzində ölkə ərazisində temperaturun tədricən yüksələcəyi və küləkli hava şəraitinin üstünlüyü gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ölkədə müşahidə olunan faktiki havaya gəlincə, dünən axşam Culfa, Ordubad, Quba, Xaçmaz, Qusar, Qrız, Yardımlı, Şabran, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Çilov adasında 1.0 -2.0 mm-dək müşahidə olunan az yağıntı 26-sı səhər tədricən kəsilib, …

Read More »

Azərbaycan Ordusu təxribata cəhd göstərən qanunsuz erməni silahlılarını geri oturdub – RƏSMİ

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. …

Read More »

Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verib

“ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porterin KİV nümayəbdələri ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi fikirlə bağlı Dövlət Departamentinin rəsmisinin diqqətinə çatdırırıq ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir effektiv addım atılmayıb”. Boyukmillet.com xəbər …

Read More »