Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Hindistan Azərbaycana buğda idxalında Rusiya və Ukraynanı əvəz etmək istəyir

Hindistan Ticarət Nazirliyi buğda ixracı ilə bağlı Azərbaycan da daxil olmaqla 30 ölkəyə müraciət etmək üçün qərar qəbul edib. Boyukmillet.com bu barədə Hindistan mətbuata istinadən xəbər verir. Yüksək səviyyəli bir hökumət rəsmisi bildirib ki, Hindistan dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətindədir. Bu 30 ölkədən 10-15-i Rusiya və Ukrayna buğdası ilə yanaşı Hindistan buğdasının artıq mövcud müştəriləridir. Bununla belə, Hindistanın payı …

Read More »

“Tiffany” Rusiya mənşəli brilyant almaqdan imtina edib

ABŞ-ın zərgərlik mağazası “Tiffany&Co” Rusiyadan almaz və brilyant almaqdan imtina edib. Bu barədə Boyukmillet.com “Marketwatch”a istinadən xəbər verir. “Tiffany” Rusiyadan bütün növ cilalanmamış almaz alışını, eləcə də harada kəsilməsindən asılı olmayaraq, Rusiya mənşəli brilyantların alışını dayandırıb”, – şirkətin açıqlamasında deyilir. ABŞ-ın mart ayında tətbiq etdiyi qadağa yalnız Rusiyada hasil edilən və Rusiyada kəsilmiş almaz və brilyantlara aiddir və Hindistanda kəsilən …

Read More »

Bərdədə qanunsuz narkotik satışı ilə məşğul olan şəxs həbs olunub

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Vaqif Əliyev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 4 kiloqramdan artıq marixuana və …

Read More »

DYP sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər edən əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə bağlı müraciət yayıb. Boyukmillet.com müraciət mətnini təqdim edir: “Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət …

Read More »

İsveçrə Rusiyanın enerji sektoruna yeni investisiyaları qadağan edir

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketinə qoşulur, xüsusən də Rusiyanın enerji sektoruna yeni investisiyaları qadağan edir. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Federal Şurasının (hökumətinin) bəyanatında deyilir. “İsveçrə Avropa İttifaqının 9 və 15 mart tarixlərində tətbiq etdiyi tədbirlərə əməl etməyə davam edir. İndi Rusiyanın enerji sektoru üçün malların və əlaqəli xidmətlərin ixracı qadağandır. Həmçinin energetika sahəsində …

Read More »

Avropa İttifaqının nümayəndəsi nüvə sazişini müzakirə etmək üçün İrana səfər edəcək

Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) müzakirə etmək üçün Tehrana səfər edəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Aİ rəsmisi tviterdə yazıb. “Mən sabah Əli Baqeri Kəni (nüvə sazişi danışıqlarında İranın nümayəndə heyətinin rəhbəri) ilə görüşmək üçün İrana gedirəm. Vyana danışıqlarındakı son boşluqları doldurmağa …

Read More »

Azərbaycan neftinin qiyməti 124 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,58 ABŞ dolları, yaxud 0,47 % artaraq 123,87 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 119,03 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ …

Read More »

Ərdoğan İsrailin baş naziri ilə Türkiyəyə qaz tədarükünü müzakirə edəcək

İsrailin baş naziri Naftali Bennetin ölkəyə gözlənilən səfəri zamanı münasibətləri bərpa etmək cəhdləri fonunda İsrailin Aralıq dənizində hasil etdiyi təbii qazın Türkiyəyə çatdırılması müzakirə mövzusu olacaq. Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Ankara enerji sahəsində İsraillə əməkdaşlığa hazırdır. Bununla yanaşı, Ərdoğan İsrail qazının təkcə Türkiyənin daxili bazarına deyil, həm …

Read More »

Azərbaycan qazının IGB vasitəsilə Bolqarıstana nəqlinin tarixi açıqlanıb

Yunanıstandan Bolqarıstana təbii qaz nəqli üzrə çoxdan gözlənilən qaz kəməri iyunun sonunda hazır olacaq və sentyabr ayında istismara veriləcək. Boyukmillet.com Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kirill Petkov bildirib. Onun sözlərinə görə, Yunanıstan-Bolqarıstan boru kəməri Bolqarıstanın daxili qaz istehlakında ən böyük paya malik olan Rusiya qazından asılılığını azaltmağa kömək edəcək. Hazırda Bolqarıstan daxili qaz istehlakının …

Read More »

Türkiyə Azərbaycan istisna olmaqla digər ölkələrə ət ixracını dayandırıb

Türkiyə, Şimali Kipr Türk Respublikası və Azərbaycan istisna olmaqla, digər ölkələrə ət ixracını dayandırmaq barədə qərar verib. Boyukmillet.com bu barədə Türkiyə mətbuata istinadən xəbər verir. Türkiyə Ticarət Nazirliyindən verilən məlumata görə, belə qərarın verilməsinə səbəb ölkədə ətin qiymətinin qəfil artması olub. Qərarla adı çəkilən ölkələrdən başqa dövlətlərə mal-qara, qoyun və keçi ətinin ixracı ikinci bir qərara qədər dayandırılıb. Xatırladaq ki, …

Read More »