Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Türkiyə XİN başçısı: “Moskva ilə Kiyevi yenidən masa arxasına əyləşdirmək üçün çalışırıq”

“Moskva ilə Kiyevi yenidən danışıqlar masa arxasına əyləşdirmək üçün çalışırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, hazırda hər kəsin prioriteti Ukraynada atəşkəsə nail olmaqdır. Nazir bildirib ki, müharibəni dayandırmaq lazımdır. “Hər toqquşma özü ilə birlikdə sülh də gətirə bilər. Hər dəfə deyirik, müharibənin qalibi, sülhün məğlubu yoxdur. NATO qabaqlayıcı …

Read More »

Baş Qərargah rəisi rusiyalı generalla erməni silahlılarının Qarabağdan çıxarılmasını müzakirə edib

Martın 22-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Bəyanatının müddəalarının icrası məsələləri, eləcə də …

Read More »

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Pakistanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra müdafiə naziri general-polkovnik Z.Həsənov fəxri qarovulun önündən keçib. General N.Raza qonaqları salamlayaraq onları ölkələrində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycan …

Read More »

Ukrayna MN: “Rusiyanın daha 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankı məhv edilib”

Ukrayna Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumla bağlı operativ informasiya yayıb. Boyukmillet.com-un xəbərinə görə, nazirlikdən bildirilib ki, son sutka ərzində müdafiə qüvvələrinin mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişiklik olmayıb. “Buna baxmayaraq, qoşunlarımız ruslara zərbə endirməkdə davam edib və müəyyən ərazilərdə uğur qazanıb. Son 24 saatda qarşı tərəfin 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankı, 8 piyada döyüş maşını, 3 …

Read More »

Prezident: “Vətən müharibəsi dövründə Pakistanın prinsipial mövqeyini Azərbaycan xalqı daim yüksək qiymətləndirir”

Qardaş xalqlarımızın ortaq tarixi, dini köklərindən qaynaqlanan və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan əlaqələrinin mövcud vəziyyəti bizi sevindirir. Biz qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərimizin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi dəstəyi xüsusi qeyd etmək istəyirəm. Boyukmillet.com  xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri İmran Xana Pakistan Günü münasibətilə …

Read More »

QHT sektoru ictimai iştirakçılıqla bağlı güclərini artırmalıdır – Cəsarət Hüseynzadə

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Editor.az-a açıqlamasında bildirib ki, Dövlət Başçısının QHT-lərə dəstək və onların fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı hər zaman təşəbbüsləri olub:” Bu təşəbbüslər QHT üzvləri, sədrləri tərəfindən müsbət qarşılanır və müsbət qiymətləndirilir. Ötən il QHT-lərə ayrılan qrant müsabiqələrinin elanı, maliyyə məsələləri ilə bağlı müəyyən problemlər yarananda cənab Prezident tərəfindən imzalanan xüsusi fərmanla bəzi müstəsna …

Read More »

“Araz” marketlər şəbəkəsi Novruz fürsətindən belə yararlandı- “kitayski” şabalıd satır…

Vətəndaşlar Novruz Bayramı bazarlığında ”Araz” marketlər şəbələsinin mağazalarından aldıqları iri ölçülü şabalıdların keyfiyyətindən çox narazıdırlar. Azinforum.az həmin marketlərin özündən dəqiqləşdirib ki, həmin şabalıdlar yerli yox, Çindən gətirilib. Ancaq maraqlıdır ki, müştətiyə məhsulun Çin malı olduğuna dair heç bir bildiriş verilmir.

Read More »

İmran Xan Zakir Həsənovla görüşüb – Nələr müzakirə olunub?

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Pakistana rəsmi səfəri çərçivəsində martın 21-də general-polkovnik Zakir Həsənovla Pakistanın Baş naziri İmran Xan arasında görüş keçirilib. Boyukmillet.com Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı vurğulanıb. Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlar daxil …

Read More »

Ərdoğan Baydenlə görüşəcək

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Cozef Bayden NATO-nun martın 24-də Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində ikitərəfli görüş keçirəcək. “Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, liderlər əsasən Ukrayna məsələsini müzakirə edəcəklər. Qeyd edilir ki, Türkiyə Prezidentinin sammit çərçivəsində digər liderlərlə də ikitərəfli və üçtərəfli görüşləri olacaq. Türkiyə və ABŞ-ın dövlət başçıları sonuncu dəfə martın 10-da telefonla …

Read More »

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub. Boyukmillet.com xəbər verir ki, məlumatı Rusiyanın İnsan haqları üzrə müvəkkili Tatyana Moskalkova “Russia Today” telekanalının “Antonimlər” proqramının efirində təsdiqləyib. O, bunun ilk mübadilə olduğunu deyib. “Birinci mübadilə oldu – doqquz nəfər, onların bəziləri mənim müraciətlər yolu ilə formalaşdırdığım siyahıdandır. Ümid edirəm ki, siyahılar, prosedurlarla gecikməyəcəyik”, – o bildirib. Qeyd edək ki, bundan əvvəl …

Read More »