Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Bakıda polis şöbələrindən birinə yeni rəis təyin edilib

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin (PB) rəisi Fəxrin Bektaşi yeni vəzifəyə təyin edilib. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, F.Bektaşi 15-ci PB-nin rəisi vəzifəsindən azad edilərək Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə rəis təyin olunub. Qeyd edək ki, F.Bektaşi 2019-cu ildən Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi vəzifəsində …

Read More »

Azərbaycan nefti yenidən ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,74 ABŞ dolları, yaxud 3,41 % azalaraq 105,62 ABŞ dollarına düşüb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 100,98 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci …

Read More »

Bu il 38 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

2022-ci ilin 2 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 087 kq 949,825 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 37 milyon 827 min AZN (22 milyon 235 min ABŞ dolları) kimi qiymətləndirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-fevral aylarının yekununa dair məlumatda öz …

Read More »

DTX: “Düşmənlə məxfi əməkdaşlıq edən şəxs ifşa edilib”

Azərbaycanın milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əks-kəşfiyyat tədbirləri davam etdirilir. Boyukmillet.com  xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb. Başlanılan cinayət işi üzrə Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Məmmədov Emil Ramiz oğlu dövlətə xəyanət etməkdə şübhəli bilinib. Aparılan araşdırmalarla Emil Məmmədovun …

Read More »

Ukrayna ordusu: Rusiyanın 4 generalı, 3 polkovniki öldürülüb

Müharibə zamanı Ukrayna hərbçiləri tərəfindən Rusiya qoşunları ali komandanlığının azı 10 üzvü öldürülüb. Boyukmillet.com xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Rusiya ordusunun öldürülən general, polkovnik və polkovnik-leytenantlarının adlarını açıqlayıb. Qeyd edilir ki, döyüşlərdə general-mayorlar – Maqomed Tuşayev, Vitali Gerasimov, Andrey Kolesnikov, Andrey Suxovetski, polkovniklər – Andrey Zaxarov, Sergey Poroxnyu, İqor Nikolayev, polkovnik-leytenantlar …

Read More »

Hikmət Hacıyev: “İƏT ölkələrinin jurnalistləri Ağdam və Şuşada abidələrə qarşı vandalizmin şahidi olublar”

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İƏT ölkələrinin jurnalistləri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında bildirib. “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bir qrup jurnalisti ilə görüşməkdən məmnunluq duyuruq. Onlar işğaldan azad edilmiş Ağdam və Şuşa şəhərlərində olub, 60-dan çox məscidə və digər mədəniyyət və dini abidələrə qarşı törədilən …

Read More »

Rusiya AŞPA üzvlüyündən çıxarılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri Rusiya Federasiyasının qurumdan xaric olunması barədə qərar qəbul ediblər. Bu barədə Boyukmillet.com UNİAN-a istinadən xəbər verir. Qeyd edilir ki, heç bir ölkə qərarın əleyhinə səs verməyib. Rusiyanın AŞPA-dan çıxarılmasına 216 ölkə səs verib, 3 ölkə isə bitərəf qalıb. Səsvermədən əvvəl Rusiya tərəfi Strasburqa müstəqil şəkildə çıxmaq üçün ərizə təqdim edib. “Lakin bu, bizim planlarımızı dayandırmır, prosedura …

Read More »

Agentlikdə TİKA rəsmisi ilə görüş keçirilib

Martın 15-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru cənab Fatih Yılmazla görüş keçirilib. Agentliyin icraçı direktoru Aygün Əliyeva qonaqları salamlayaraq onlara Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib. Ölkədə QHT sektorunun inkişafı sahəsində görülən işləri diqqətə çatdıraraq, Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlıq imkanlarına toxunub. O, TİKA-nın dəstəyi ilə …

Read More »

Deputat nazirlərdən Əli Əsədova şikayət edib

“Hökumət üzvləri telefonları götürmürlər. Cənab Baş nazir, elə nazirlər var ki, bizim zənglərimizə cavab vermirlər, telefonları götürmürlər”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bələdiyyələrə kredit ayrılmalıdır. “Xahiş edirəm ki, şəhidlərin adının məktəblərə verilməsi ilə bağlı sənədlərə də dəyişiklik edilsin” …

Read More »

Ukrayna və Rusiya arasında danışıqlar bərpa olunub

Ukrayna-Rusiya danışıqlarının dördüncü raundu üzrə müzakirələr bərpa olunub. Boyukmillet.com Ukraynanın “Strana” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasında hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya bildirib. Onun sözlərinə görə, danışıqlar videokonfrans formatında keçirilir. Xatırladaq ki, ötən gün Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqların dördüncü raundu keçirilib, lakin müzakirələr tam yekunlaşmayıb və axşam saatlarında texniki fasilə elan …

Read More »