“Rusiya tərəfinin Ukraynada kütləvi qırğın silahlarından (KQS) istifadə edəcəyi təqdirdə, NATO liderləri alyansın gələcək hərəkətlərini müzakirə etməyə məcbur olacaqlar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa prezidenti Andjey Duda BBC-yə müsahibəsində deyib. Polşa lideri ümid etdiyini bildirib ki, Rusiya ordusu kimyəvi, bioloji, nüvə və ya hər hansı digər kütləvi qırğın silahlarından istifadə etməyəcək: “Hər kəs ümid edir ki, bu belə …
Read More »Yearly Archives: 2022
Ukraynada 140 min insan humanitar dəhlizlə təxliyə edilib
“Artıq 140 min Ukrayna sakini humanitar dəhlizlərlə döyüş bölgəsindən təxliyə edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bəyan edib. Bundan əlavə, Vereşçuk bəyan edib ki, Kiyev vilayətinin Borodyanka şəhərindən Jitomirə, Kiyev vilayətinin Svetilnya və Bolşaya Dımerka kəndlərindən Brovarıya doğru, Kiyev vilayətinin Pobeda kəndindən Kiyev istiqamətində yeni humanitar marşrutlar açılacaq.
Read More »Ukrayna Prezidenti Rusiya ilə danışıqların məqsədini açıqlayıb
“Rusiya ilə danışıqların məqsədi effektiv zəmanətlər əldə etməkdir”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Nümayəndə heyətimizin qarşısında aydın vəzifə var – Prezidentlərin görüşünün keçirilməsi üçün hər şeyi etmək. İnsanların bu görüşü səbirsizliklə gözlədiyinə əminəm. Bizim məqsədimiz ondan ibarətdir ki, bu mübarizədə, mürəkkəb danışıqlar işində Ukrayna lazımi nəticəni alsın. Bu da bizim üçün zəruridir. Sülh və təhlükəsizlik …
Read More »Bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutacaq
Rusiya və Ukrayna arasında aparılan danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir, martın 14-də ilkin nəticələrin çıxarılması üçün Moskva və Kiyev arasında danışıqlar aparılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib. “Danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daim işləyir. Problemlərin geniş spektri daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Boyukmillet.com icmalı təqdim edir.
Read More »Türkiyə XİN rəhbəri: “Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir”
“İkinci Qarabağ müharibəsi bitdikdən, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra, Azərbaycan və Türkiyə olaraq gücümüzü sülh və sabitlik üçün birləşdirdik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir qeyd edib ki, Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir. “Bölgənin sabitliyi üçün hər kəsin çalışması lazımdır. Bizim Azərbaycanla …
Read More »Çavuşoğlu: “Ermənistanın XİN başçısı Azərbaycanla sülh müqaviləsində maraqlı olduğunu bildirdi”
“Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla da təkbətək görüş keçirdik. Erməni həmkarımla danışıq zamanı Azərbaycanla sülh müqaviləsinin bağlanması gündəmdə olan məsələlərdən idi” Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatik Forumunun yekununa dair mətbuat konfransında Azərbaycan mediası nümayəndələrinin suallarını cavablandırarkən bildirib. Nazir qeyd edib ki, görüş zamanı Ermənistanın XİN başçısı …
Read More »Zelenski Rusiyanın Qərbə qarşı müharibəyə başlayacağı barədə xəbərdarlıq edib
Şənbə günü – martın 12-də razılaşdırılmış və işlək bütün humanitar dəhlizlər üzrə daha 12 729 nəfər təxliyə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. “Razılaşdırılan bütün humanitar dəhlizlər işləyib. Biz bu gün (dünən-red) 12 729 nəfəri çıxara bildik. Mariupol üçün humanitar yük sabah (bazar günü – red.) günorta olmalıdır. Marşrutun mürəkkəbliyinə görə Berdyanskda gecələmək lazım …
Read More »Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı 1 717 hərbi cinayət işi araşdırılır
Rusiyanın Ukraynada törətdiyi 1,7 mindən çox hərbi cinayət işi araşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə baş prokuror İrina Venediktova feysbuk sosial şəbəkəsində məlumat yayıb. “Prokurorluq bizim ərazimizdə Rusiya Federasiyasının hər bir hərbi cinayətini qeydə alır. Hazırda 1 717 cinayət işi araşdırılır”, – baş prokuror bildirib. Bunlardan 1 059-u müharibə qanunlarının və qaydalarının pozulması, 658-i isə digər cinayətlərə aiddir. Venediktova, …
Read More »Rüstəm İbrahimbəyovun nəşi martın 15-də Bakıya gətiriləcək
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun nəşi martın 15-də Bakıya gətiriləcək. Dəfn tarixi barədə əlavə məlumat veriləcək. Xatırladaq ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib. Kinorejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar