Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

QHT sədri eşitmə məhdudiyyətli gənclərlə hərbi hissədə oldu

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.02.2022-ci il tarixindən “Jest dilində Vətən və vətənpərvərlik mövzusu” vətən müharibəsi iştirakçılarının tanıdılması və vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” adlı layihəsini dörd ay davam etdirəcək.Layihə rəhbəri Cəmilə Çingizqızı Boyukmillet.com-a bildirib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata …

Read More »

İctimai şuralar ictimai nəzarət funksiyasını yerinə yetirə bilirmi?

İctimai iştirakçılığın və ictimai nəzarətin inkişaf etdirilməsi dövlət başçısının diqqətindədir. Prezidentin bu ilin əvvəlində ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlər səsləndirməsi buna sübutudur. 2021-ci ilədək mərkəzi icra hakimiyyətləri yanında 12 ictimai şura fəaliyyət göstərib. Ötən il isə digər 8 mərkəzi icra hakimiyyəti yanında ictimai şura yaradılmaqla, ümumilikdə mərkəzi icra hakimiyyəti yanında ictimai şuraya seçkilər …

Read More »

Türkiyə XİN başçısı: “Rusiya və Ukrayna prezidentlərinin görüşünə ümidimiz artıb”

“Müzakirə asan olmadı. Döyüşlər isə davam edir. Təbii ki, təkcə bir görüşdən möcüzələr gözlənilməməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov və ukraynalı həmkarı Dmitro Kuleba ilə keçirilən üçtərəfli görüşü dəyərləndirərkən bildirib. M.Çavuşoğlu bildirib ki, bu, başlanğıcdır: “Bu görüşdə liderlərin görüşü məsələsi gündəliyə gəldi. Ukrayna Prezidenti Volodimir Zelenskinin belə bir görüşə hazır …

Read More »

Lavrov: “Onsuz da heç kimin atəşkəs barədə razılığa gəlmək fikri yox idi”

“Mən Kulebanın görüşdən sonrakı “Atəşkəs razılaşması” alınmadı bəyanatına təəccüblənmədim. Burada onsuz da heç kimin atəşkəs barədə razılığa gəlmək fikri yox idi”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib. “Əgər görüşlərin məqsədi Rusiyanın təkliflərini rədd edib öz istədikləri kimi etmək və daha …

Read More »

Rusiya XİN başçısı nüvə müharibəsindən danışıb

“Biz Ukraynanın silahlandırılmasını həmin ölkələrin özü üçün təhdid hesab edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib. “Çünki Ukraynaya təhlükəli silahlar verilir. Bu silahlar onların özünə qarşı da istifadə edilə bilər. Bizim NATO ölkələrinə qarşı hansısa planımız yoxdur. Böyük Britaniya Baş naziri …

Read More »

Lavrovdan Antalya danışıqları barədə ilk açıqlama: “Digər ölkələrə hücum etmək fikrimiz yoxdur”

“Digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib. “Bütün əməliyyatlar plan üzrə gedir. Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”, – o bildirib. S.Lavrovun sözlərinə görə, …

Read More »

Rusiya və Ukrayna XİN başçılarının görüşü nəticəsiz başa çatıb

“Bu görüş üçün türkiyəli həmkarım Mövlud Çavuşoğluna təşəkkür edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. “Bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk görüşü idi. Görüş həm çətin, həm də asan oldu. Əlimdən gələnin ən …

Read More »

Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq

Martın 11-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 11-dən 12-nə keçən gecə bəzi ərazilərdə qısamüddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 4-7° isti, axşama doğru 3°-yə yaxın olacaq. Bakıda gecə və gündüz 4-6° isti, axşama doğru 3°-yə yaxın olacaq. Atmosfer təzyiqi …

Read More »

Ceyhun Bayramovun itkin düşmüş 4 000 azərbaycanlı ilə bağlı məktubu BMT-nin sənədi kimi yayılıb

Xarici işlər naziri Ceyhun Bayramovun Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 000 azərbaycanlı ilə bağlı BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubu qurumun sənədi kimi yayılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məktubda Xocavənd və Füzuli rayonlarında kütləvi məzarlığın aşkar olunması, habelə bu yöndə aparılan araşdırmalar barədə məlumat verilib. “Bütün itkin düşmüş şəxslərin yerinin tapılması …

Read More »