Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Makron prezident seçkilərində iştirakını təsdiqləyib

Fransa Prezidenti Emmanuel Makron apreldə keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Makronun Fransanın bir sıra regional nəşrləri tərəfindən dərc edilmiş məktubunda deyilir. “Prezident kimi yeni mandat üçün etimad göstərməyinizi xahiş edirəm. Mən əsrin çağırışları qarşısında sizinlə birlikdə Fransanı inkişaf etdirməyə namizədəm”, – Makronun məktubda qeyd edib. Qeyd edək ki, Fransada …

Read More »

“Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb”

“Bu gün müasir dünyada çox mürəkkəb, ziddiyyətli proseslər baş verməkdədir. Xüsusilə Azərbaycanın yerləşdiyi regiona yaxın ərazilərdə yeni münaqişənin başlanması ciddi narahatlıq doğurur. Rusiya ilə Ukrayna arasında mövcud gərginlik böyük humanitar fəlakətlərlə müşahidə olunur”. Boyukmillet.xom xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Onun sözlərinə görə, müasir dövrdə ölkəni və xalqı təlatümlərdən sığortalamaq üçün düşünülmüş, praqmatik, ağıllı siyasət, qlobal …

Read More »

Ukraynadan daha 201 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsini həyata keçirən növbəti çarter reysi Bakıya enib və 201 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Boyukmillet.com xəbər verir ki, AZAL-ın Rumıniyanın Yassı şəhərindən həyata keçirilən çarter reysləri ilə 201 nəfər, o cümlədən 18 körpə ölkəyə gətirilib.

Read More »

Ali Rada Zelenskinin ümumi səfərbərlik haqqında fərmanını təsdiq edib

Ukrayna Ali Radası prezidentin “Ümumi səfərbərlik haqqında” fərmanını təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Parlamentin saytında hələlik neçə deputatın bu qanun layihəsinin qəbulunu dəstəklədiyi barədə məlumat yoxdur, çünki iclas bağlı qapılar arxasında keçib. Qeyd edək ki, fevralın 25-də Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. Bildirilir ki, səfərbərlik bu fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata …

Read More »

Zelenski Avropa İttifaqına çağırış edib: “Gücünüz yoxdursa, mənə təyyarələr verin”

“Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi Avropanın ölkəyə münasibətini göstərir”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib. Zelenski əlavə edib ki, o, ABŞ və Avropa İttifaqından ölkəsi üzərində səmanın bağlanması üçün tarix təyin etməyi xahiş edib. “Mən sizdən səmanı bağlamağınızı istəyirəm. Əgər sizin gücünüz yoxdursa, onda mənə təyyarlər verin”. Bundan əvvəl V. Zelenski bildirib ki, ölkə ərazisində …

Read More »

Rusiya və Ukrayna müvəqqəti atəşkəslə bağlı razılığa gəlib

“Ukrayna və Rusiya nümayəndə heyətləri müvəqqəti atəşkəsə dair razılığa gəliblər”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib. Onun sözlərinə görə, tərəflər əsasən humanitar aspektləri müzakirə ediblər: “Vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təmin edilməsinə dair razılığa gəlinib”.

Read More »

Putin: “Ruslar və ukraynalılar bir xalqdır”

Ukraynada Rusiya ordsunun həyata keçirdiyi əməliyyatlar plan üzrə, qrafikə ciddi uyğun olaraq gedir və bütün vəzifələr uğurla həll olunur. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə bildirib. O, rusların və ukraynalıların bir xalq olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, o, bundan heç vaxt vaz keçməyəcək.

Read More »

Zelenski Putinə çağırış edib: “Torpaqlarımızdan get!”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, Ukrayna lideri mətbuat konfransı zamanı rusiyalı həmkarına müraciət edib. “Bizdən nə istəyirsən? Torpağımızı tərk et. İndi getmək istəmirsənsə, mənimlə danışıqlar masasına əyləş. Mən azadam, normal adamam, mənimlə otur, danış. Nədən qorxursunuz? Biz heç kimi təhdid etmirik, terrorçu deyilik, bankları ələ keçirmirik. Başqalarının torpaqlarını da …

Read More »

Maya Sandu İlham Əliyevə zəng edib

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycan ilə Moldova arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Read More »

Ukraynanı XİN başçısı NATO-ya təcili çağırış edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tərəfdaşları Ukraynanın hava məkanını bağlamağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN başçısı Ukrayna telekanalının yayımında söyləyib. “Biz NATO-dakı tərəfdaşlarımıza çox aydın və sakit şəkildə deyirik ki, siz Rusiya ilə birbaşa qarşıdurmadan necə qaçınacağınızı istədiyiniz qədər fikirləşə bilərsiniz, amma indi onu dayandırmağa yardım etməsəniz, birbaşa toqquşma qaçılmaz olacaq, çünki siz növbəti olacaqsınız”, – …

Read More »