“Ruslar təxribata əl atmağa hazırlaşırlar”. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib. Ölkəsinin Təhlükəsizlik Xidmətinin məlumatlarına istinad edən müşavir bildirib ki, Rusiya qoşunları öz ölkəsinin ərazisinə zərbələr endirəcək. Onun iddiasına əsasən, məqsəd Ukraynanı Rusiyanın mülki əhalisini hədəf almaqda ittiham etməkdir.
Read More »Yearly Archives: 2022
Yaponiya hökuməti Rusiya oliqarxlarının bank hesablarını dondurub
Yaponiya hökuməti Rusiya oliqarxlarının ölkə banklarındakı hesablarının dondurulması ilə bağlı qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kisida martın 3-də bildirib. “Bu gün biz rusiyalı “dzaybasu” (“pul klanı”- TASS) oliqarxlarının bank hesablarının dondurulması barədə qərar qəbul etmişik”, – Baş nazir söyləyib. O əlavə edib ki, Yaponiya, Avropa İttifaqı və ABŞ-ın maliyyə sanksiyaları, o cümlədən Rusiya …
Read More »Ukrayna Prezident Aparatı: “Rusların Xarkov şəhərinə hücumu səngiyib”
“Rusların Xarkov şəhərinə hücumu səngiyib”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib. “Ruslar şəhəri mühasirəyə almağa çalışırlar, lakin böyük itki verirlər. Qarşı tərəf texnika və canlı qüvvə baxımından ciddi itki verir” – o bildirib.
Read More »Dünən Ukraynadan Polşaya keçən azərbaycanlıların sayı açıqlanıb
Dünən Ukraynadan Polşaya keçən azərbaycanlıların sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, ötən gün ölkə 364 nəfər Azərbaycan vətəndaşını qəbul edib. “Polşa Azərbaycan vətəndaşlarına da köməklik edir”, – açıqlamada bildirilib.
Read More »AİİB Rusiya və Belarusda layihələrin maliyyələşdirilməsini dayandırıb
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Ukraynada vəziyyətlə əlaqədar Rusiya və Belarusda həyata keçirilən layihələrin maliyyələşdirilməsini dayandırıb . Boyukmillet.com xəbər verir ki, bu barədə Bankın internet səhifəsində bildirilir. Məlumatda deyilir ki, hazırda vəziyyət hərtərəfli araşdırılır, müharibədən birbaşa və yaxud dolayı yolla zərər çəkən üzv ölkələrə maliyyə vəsaiti ayrıla bilər. “Xammal qiymətlərinin kəskin artımı, maliyyə bazarlarında dalğalama və başqa amillər üzvlərimizin iqtisadiyyatına …
Read More »Ukraynada baş verənlər Azərbaycanın xaricdə təhsil şirkətlərinə – PROBLEM YARADACAQ
Rusiyanın Ukraynaya hücumu, hazırda davam edən müharibə və bu ölkənin bir hissəsinin işğal edilməsi Ukraynada ali təhsil biznesinə də böyük zərbə olacaq. Nəticədə bu ölkəyə xaricdən, o cümlədən Azərbaycandan tələbə göndərilməsində problemlər yaranacaq. Həmin təsiri Azərbaycanın xaricdə təhsil xidmətləri göstərən şirkətlər də hiss edəcək. Bu barədə FED.az-a «Vecon Consulting» şirkətinin rəhbəri, bizneslərin qiymətləndirilməsi üzrə ekspert Vüqar Oruc məlumat verib.Onun sözlərinə görə, …
Read More »DSX əməliyyat keçirib, saxlanılan var
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları əməliyyat keçirib, saxlanılan var. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, mart ayının 2-də saat 21:05 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 1 nəfərin olduğu “VAZ-2107” markalı 19-BK-024 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxsin düşərək orada gizlədilmiş idman çantası və bağlama …
Read More »İlham Əliyev Tacikistan Ali Məclisi Milli Məclisinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Ukrayna Silahlı Qüvvələri Rusiya sərhədinə çatıb
Ukraynanın Silahlı Qüvvələri Sum vilayəti istiqamətində Rusiya ilə dövlət sərhəd xəttinə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov feysbukda yazıb. “Rusiya ilə müharibənin yeddinci günündə Ukrayna Silahlı Qüvvələrinin bölmələri 5-ci önbölmə dəstələrimizin sərhədçiləri ilə birgə Sum vilayətində Ukraynanın dövlət sərhəd xəttinə çıxıb”, – o bildirib.
Read More »Ukraynadan Gürcüstan vasitəsilə qayıdacaq Azərbaycan vətəndaşlarına müraciət olunub
Azərbaycanın Gürcüstandakı səfirliyi və Batumi şəhərindəki Baş Konsulluğunun Ukraynadan təxliyə olunan və Gürcüstan ərazisindən Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımıza müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Ukraynadan təxliyə olunan, Gürcüstan ərazisindən hava və quru yolları ilə keçməklə Azərbaycana səfər edən vətəndaşlarımızın bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini və Batumi şəhərindəki Baş Konsulluğunu məlumatlandırmasını xahiş edirik. Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, həftə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar