Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Emmanuel Makron İlham Əliyevə zəng edib

Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub. Telefon danışığı zamanı həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Read More »

Yüz nəfərdən çox azərbaycanlı Odessadan Ukrayna-Moldova sərhədinə yola salınıb

Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar 100 nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev bildirib ki, bu müddətdə soydaşlarımız Odessadakı Azərbaycan Evində saxlanılıb, onların bütün ehtiyacları qarşılanıb. Ukrayna-Moldova sərhədində onlar Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələri tərəfindən qarşılanacaq və uyğun şərait …

Read More »

ATƏT-in müşahidə missiyasının əməkdaşı Ukraynada öldürülüb

Ukraynada ATƏT-in Xüsusi Monitorinq Missiyasının əməkdaşı Rusiya ilə davam edən müharibədə həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Mariya Mezentseva feysbuk səhifəsində bildirib. “ATƏT-in missiyasında ilk ölüm. Rusiyanın Ukraynaya qarşı müharibəsində bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır”, – deputat yazıb. Bununla yanaşı, deputat hadisənin …

Read More »

KİV: Rusiya Ukraynaya qarşı döyüşməyə dinc sakinləri göndərir

Rusiya Ukraynaya qarşı döyüşməyə dinc sakinləri göndərir. “Report” bu barədə UNİAN-a istinadən xəbər verir. Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahının mətbuat mərkəzi feysbukda məlumat yayıb ki, Donbasdakı dinc sakinlər döyüşlərə cəlb edilib. “Bu gün Donetsk istiqamətində müdafiəçilərimiz Rusiya silahlı birləşmələrinin bir qrup nümayəndəsini əsir götürüblər. Onların Donbas sakinləri olduğu üzə çıxıb: çilingərlər, müəllimlər, sosial işçilər”, – məlumatda deyilir.

Read More »

Bakıda yol qəzasında 3 nəfər xəsarət alıb

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş. “Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. 20-ci sahədə “Ravon” markalı avtomobil “Daewoo” markalı avtomobillə toqquşub. Hadisə zamanı 25 yaşlı Heybət Məhərrəmov, onun həyat yoldaşı, 24 yaşlı Şəbnəm Məhərrəmova, digər avtomobilidə olan Elşən Hacıyev xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Ərdoğan Rusiya və Ukraynaya müraciət edib

“Bizim çağırışımız həm Rusiyaya, həm də Ukraynayadır ki, atəşlər mümkün qədər tez kəsilsin və həm Rusiya, həm də Ukrayna burada dünya sülhünə yaxşı töhfə versin”. “Report” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “İndi Zelenski çıxış edir və Avropa Birliyi parlamentində ayaq üstə alqışlanırlar. Müsbət irəliləyişdir. “Bir bədbəxtlik min nəsihətdən üstündür” kimi gözəl deyimimiz var, həmişə …

Read More »

Aİ Rusiyanın 7 bankını SWIFT-dən ayırır

Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiyanın SWIFT qlobal ödəniş sistemindən ayrılacaq yeddi bankının siyahısını təsdiqləyiblər. Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir. Qeyd edilir ki, onların arasında VTB, VEB kimi banklar da var. “Avropa İttifaqının daimi nümayəndələri Rusiyanın yeddi bankını SWIFT maliyyə sistemindən ayırmağı razılaşdırıblar”, – agentlik qeyd edib. Agentliyin məlumatına görə, Aİ həmçinin “Sovkombank”, “Rossiya” və “Otkritie”, “Novikombank”ı da SWIFT-dən ayırmağa …

Read More »

“Brent” neftinin qiyməti son 8 ildə ilk dəfə 111 dolları ötüb

“Brent” neftinin qiyməti son 8 ildə ilk dəfə 111 ABŞ dollarını ötüb. “Report” bu barədə ICE London Fond Birjasının məlumatlarına istinadən xəbər verir. ICE birjasında 2022-ci ilin may tədarükü ilə bu markalı neftin fyuçers müqaviləsinin dəyəri 5,83% artıb. Hazırda “Brent” markalı neftin qiyməti bir barel üçün 111,09 dollar təşkil edir. WTI markalı xam neftin isə fyuçers müqaviləsinin dəyəri 5,8% artaraq bir barel üçün …

Read More »

Ukrayna Prezidenti: “Dövlətimizi anlamayan rusların ölkəmizdə nə işi var?”

“Ukrayna dövlətini başa düşməyən rusların ölkəmizdə nə işi var? Onlar bu küçələri tanımırlar, bu insanları tanımırlar, bizim fəlsəfəmizi, istəklərimizi başa düşmürlər ki, biz necə insanlarıq? Burda heç nə bilmirlər, sadəcə bura öldürmək üçün göndəriliblər. Buna görə də biz burada öz torpağımızda daha güclüyük və daha da güclü olacağıq. Və onların sayı iki dəfə yox, üç, beş-on dəfə çoxdur. Onlar daha …

Read More »

“Ford” Rusiyadakı fəaliyyətini dayandırır

Amerikanın “Ford” korporasiyası Ukrayna hadisələri ilə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır. “Report” xəbər verir ki, müvafiq bəyanat çərşənbə axşamı şirkətin saytında dərc olunub. “Mövcud vəziyyətlə əlaqədar olaraq bu gün birgə müəssisə tərəfdaşlarımıza bildirdik ki, Rusiyadakı fəaliyyətimizi bundan sonra növbəti bildirişə qədər dayandırırıq”, – mətndə deyilir. Eyni zamanda, bəyanatda qeyd olunur ki, “Ford” bir neçə ildir Rusiyada işləri azaldır. “Bizim fəaliyyətimiz kommersiya furqonlarının istehsalı …

Read More »