Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

İlham Əliyev Dünya İqtisadi Forumunun Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Dünya İqtisadi Forumunun Prezidenti Borge Brendenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende ölkəmizə səfərləri zamanı Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışında iştirak etmələrini məmnunluqla vurğulayıb. O, ölkəmizin bütün sahələrdə əldə etdiyi iqtisadi uğurların əhəmiyyətini qeyd edib, Azərbaycan iqtisadiyyatının regionda …

Read More »

Azərbaycan XİN Ukraynadakı vətəndaşlara müraciət edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və …

Read More »

Ukrayna DSX: “Düşmən Belarus ərazisindən hücum edir”

“Təcavüzkar aviasiya və tanınma nişanı olmayan hərbi texnika ilə Belarus ərazisindən hücuma cəhd edir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 09:40-da Belarus ərazisindən tanınma nişanı olmayan hərbi helikopter yüksələrək atəş açmağa başlayıb. “Sərhədçilərimiz müdafiəni saxlamağa davam edir”, – məlumatda vurğulanıb.

Read More »

Rusiya Azov dənizində gəmilərin hərəkətini müvəqqəti dayandırıb

Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin (“Rosmorreçflot”) Azov dənizində gəmilərin hərəkətinin müvəqqəti dayandırıldığını təsdiq edib. Limanlara gəmilərin gəlişi və gedişi dayandırılıb. Bu barədə Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir. Daha əvvəl Rusiyanın cənubunda yerləşən şəhərlərdə hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.

Read More »

AZAL Bakı-Moskva reysində uçuş marşrutunu dəyişib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib. Bu barədə AZAL-dan bildirilib. Sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır. Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Həmin müddət təxminən 3 saat 20 dəqiqə təşkil edəcək.

Read More »

Ukrayna DSX: “Rusiya ordusu Xarkov vilayətinə daxil olub”

Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində Ukraynanın bir neçə hərbçisi yaralanıb. “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları düşməni dayandırmaq üçün bütün tədbirləri görür”, – məlumatda vurğulanıb.

Read More »

Almaniya XİN vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

Almaniya XİN Ukrayna ərazisində qalan vətəndaşlarını bu ölkəni tərk etməyə, belə bir imkanı olmayan şəxslərə isə mühafizə olunan yerlərdə qalmağa çağırıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, XİN hazırda Almaniyanın hakimiyyət orqanlarının köməyi ilə təxliyyə aparılmasının mümkün olmadığını bəyan edib.

Read More »

Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

“Ukrayna Silahlı Qüvvələrinin aviabazalarının hərbi infrastrukturu sıradan çıxarılıb”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik Rusiya ordusunun Ukraynanın şəhərlərinə heç bir raket, hava və ya artilleriya zərbəsi endirmədiyini iddia edib. “Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, hava hücumundan müdafiə obyektləri, hərbi aerodromlar, aviasiyası yüksək dəqiqlikli silahlarla sıradan çıxarılıb”, – Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilib. …

Read More »

Ərdoğan Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti yazıb. Bildirilib ki, toplantıda Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları müzakirə olunacaq. Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Read More »