Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan Ordusunun zirehli texnikalarının döyüş hazırlığı yoxlanılıb

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. İcra olunan çalışmalarda əsas məqsəd sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərini, eləcə də tuşlayıcı operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, mexanikləşdirilmiş və tank bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir. Çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə …

Read More »

İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Ərdoğan: “Putinlə görüşmək üçün lazımi işlər görülür”

“Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün lazımi işlər görülür. Putinlə telefon danışıqlarımız davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. “Əlbəttə, müzakirələr olmalıdır. Tələsik, həyəcanla qərar vermək olmaz. Biz çox həssas davranmalıyıq, çox diqqətli addım atmalıyıq. Çünki bəziləri qəribə danışır. Biz isə dövlət idarə edirik, həssaslığımızı qorumalıyıq. Bütün dostlarımızla müzakirələr edəcəyik, bundan sonra …

Read More »

Moldova parlamentinin sədri Şuşada bir sıra yerləri ziyarət edib

Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. Boyukmillet.com xəbər verir ki, o, səfər çərçivəsində Şuşa Qala divarlarını, Cıdır düzünü, Bülbülün ev muzeyini və digər tarixi məkanları ziyarət edib. Moldova parlamentinin sədri Azərbaycan Prezidentinin Şuşanı “Azərbaycanın mədəniyyət paytaxtı” elan etdiyini və bunun şəhərin həyatında yeni mərhələ olduğunu bildirib: “Şuşada olarkən bir çox muzeyləri, görməli yerləri …

Read More »

Ərdoğan Ermənistanla sərhədlərin açılmasından danışıb və İrəvana çağırış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesini şərh edib. “Ermənistan xüsusi nümayəndələrin təyin edilməsi ilə başlayan prosesi davam etdirməkdə qətiyyətli olarsa, biz sərhədləri qapalı saxlamarıq”, – Prezident vurğulayıb. Onun sözlərinə görə, Almaniya Prezident Frank-Valter Ştaynmayerlə Seneqalda keçirdiyi görüşdə də bu mövzu gündəmdə olub: “Bilirsiniz, mən onsuz da Ermənistanın atacağı müsbət addımlara eyni şəkildə qarşılıq verəcəyimizi söyləmişdim. Bu bölgənin …

Read More »

Azərbaycan Ordusuna komandoların qəbulu elan edilib

Azərbaycan Ordusunun əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Boyukmillet.com xəbər verir ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. “Müddətdən artıq həqiqi hərbi xidmət …

Read More »

Britaniyalı deputatlar Xocalı soyqırımı ilə bağlı birgə bəyanatla çıxış ediblər

Böyük Britaniya Parlamentinin 12 üzvü Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar birgə bəyanatla çıxış edib. Bəyanatda parlamentarilər qətliamın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına, xüsusilə də faciə nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib, Azərbaycan xalqı ilə həmrəylik ifadə ediblər. Müharibənin gedişində ən irimiqyaslı mülki itkilərlə səciyyələnmiş Xocalı qətliamı parlamentarilər tərəfindən Azərbaycanın yaxın tarixinin ən faciəvi səhifələrindən biri kimi xarakterizə edilib. Parlamentarilər …

Read More »

Estoniyalı deputatlar Xocalı soyqırımını qınayan bəyanat yayıblar

Estoniya xalqının təmsilçilər məclisi olan Riyqikoqunun Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupu Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıblar. Boyukmillet.com xəbər verir ki, deputat qrupu Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşür və dərin hüznlə başsağlığı verir: “Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 600-dən çox dinc sakinin, o cümlədən çoxlu sayda qadın, uşaq və qocanın qətlə …

Read More »

Milli Məclisin sədri Misirə səfər edəcək

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova aprel ayında Misirə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, S.Qafarovanın Qahirədə misirli həmkarı Hənəfi Əli Qebəli (Hanafy Ali Gebaly) və bir sıra rəsmi şəxslərlə görüşəcəyi planlaşdırılır.

Read More »

Türkiyəli mütəxəssislər Azərbaycan hərbçilərinə minatəmizləmə təlimləri keçirlər

Türkiyəli mütəxəssislər Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə minatəmizləmə təlimləri keçirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Biz tək ürək, tək bilək, tək yumruquq. Azərbaycan xidmət komandanlığı koordinatorluğunda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə mina axtarma təlim verilir”, – nazirlikdən bildirilib. Milli Müdafiə Nazirliyi təlimlərdən fotolar da paylaşıb.

Read More »