Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Read More »

Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevi qarşılayıb. Sonra birgə foto çəkdirilib. Daha sonra Prezident İlham Əliyev ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş olub. Prezident İlham Əliyevi salamlayan Mixail Mişustin deyib: Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizi …

Read More »

Mişustin: “Biz azərbaycanlı tərəfdaşlarla dostluğumuzu yüksək qiymətləndiririk”

“Bu gün Vladimir Vladimiroviç Putinin ilə Sizin imzaladığınız Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə əlaqədar ən mühüm, strateji məsələləri müzakirə etməyi təklif edirəm. Bu mühüm qərar bizim dostluq və mehriban qonşuluq münasibətlərimizi daha yüksək səviyyəyə çatdırır. Sizi əmin etmək istərdim ki, Rusiya Federasiyasının Hökuməti liderlərimizin qərarlarını həyata keçirmək üçün nə lazımdırsa edəcək”. Boyukmillet.com xəbər verir ki, …

Read More »

Rusiyanın 70-dən çox subyekti Azərbaycan ilə əməkdaşlıq edir

“Əsas odur ki, pandemiyaya baxmayaraq, bizim ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir, əmtəə dövriyyəsi, – Siz yəqin bu barədə ətraflı danışdınız, – 2020-ci ildəkinə nisbətən 16 faiz artaraq 3 milyard 300 milyon dollara çatıb. Azərbaycanda Rusiya kapitalı ilə mindən artıq şirkət fəaliyyət göstərir, energetika, maşınqayırma, nəqliyyat sahələrində böyük sayda birgə layihələr icra olunur, kənd təsərrüfatı, infrastruktur, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat sferalarında belə əməliyyatlar …

Read More »

İlham Əliyev: “Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət üçün daha çox potensial var”

“Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrimizin inkişafına şəxsən ayırdığınız diqqətə görə sizə təşəkkürümü bildirmək istərdim. Pandemiya şəraitinə baxmayaraq, əmtəə dövriyyəsi xeyli artıb. Bu, əlbəttə, bizim nə dərəcədə səmərəli işləməyimizin göstəricisidir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşündə deyib. Dövlət başçısı bildirib: “Ölkələrimizin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi hökümətlərarası komissiyanın səmərəli işini də …

Read More »

Dövlət başçısı: “Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb”

“Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşündə deyib. Dövlət başçısı qeyd edib: “Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bizim …

Read More »

İlham Əliyev: “Azad edilmiş ərazilərdə aparılan işlərlə bağlı Rusiya şirkətlərindən 14 sifariş alınıb”

Bu gün biz işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik, bu işə böyük maraq var. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Moskvada mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı deyib ki, bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və həmin sifarişlər diqqətlə nəzərdən keçirilir: “Hesab edirəm ki, bu sahə bizim …

Read More »

Ağ Ev Putin və Bayden arasında görüş ehtimalını qiymətləndirib

ABŞ və Rusiya prezidentləri arasında əvvəllər müzakirə edilən görüş artıq planlarda yoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib. Lakin bununla yanaşı qeyd edilir ki, ABŞ administrasiyası diplomatiyaya qapı bağlamır. “Bu görüş indiki mərhələdə əlbəttə ki, planlara daxil deyil”, – Ağ Evin mətbuat katibi Cen Psaki sammitin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib. Qeyd edək ki, ABŞ Prezidenti Cozef …

Read More »

Bayden Ukraynanın XİN rəhbəri ilə görüşüb

ABŞ Prezidenti Cozef Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. “Prezident Bayden ABŞ-ın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha təsdiqləmək üçün nazir Kuleba ilə görüşüb”, – məlumatda deyilir. Bayden bildirib ki, ABŞ Ukraynaya təhlükəsizlik və iqtisadiyyat sahələrində dəstəyini davam etdirəcək. Bayden Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini və onları Ukraynadakı vəziyyətdən asılı olaraq sərtləşdirəcəyini bildirib. …

Read More »

Ermənilərin mülki əhaliyə qarşı misli görünməmiş vəhşiliyi Kolumbiya mətbuatında

Kolumbiyanın nüfuzlu rəqəmsal mətbu orqanlarından olan “LaOtraCara” və “Ola Politica” qəzetlərində tanınmış jurnalist Roberto Trobaxonun Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı üçün ürəklərin fəryadı” başlıqlı məqaləsi dərc olunub. Boyukmillet.com xəbər verir ki, yazıda Ermənistan tərəfindən təcavüz və işğal məqsədilə Azərbaycana qarşı başladılmış birinci müharibə zamanı 26 fevral tarixində Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı tarixdə misli görünməmiş xüsusi vəhşiliklə qətliam …

Read More »